Kateqoriyalar

Business Management School
Mühasibatlıq
  • Kurs müddəti

    3 ay

  • Toplam dərs saatı

    48 saat

  • Qrup hazırlığı

    Toplam 330 AZN

Təhsil müəssisəsinin adı

Business Management School
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Rəsul Əliyev

"Business Management School" MMC olaraq , 20 May 2019-cu il tarixində başlayacaq "Mühasibatlıq" təliminin 4-ci sessiyasına qeydiyyatları açıq elan edirik. Ətraflı araşdırma edərək hazırladığımız yeni və əhatəli konsepti və peşəkar təlimçisi ilə bu təlim ehtiyaclarınıza tam cavab verəcək.


Təlimdə kimlər iştirak edə bilər?
- Mühasib olmaq istəyənlər
- Mühasib asistentləri
- Mühasiblər


Nə üçün bu təlim?

Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.

Təlimçi: Rəsul Əliyev
İş Təcrübəsi:

“Sərvan Təmir-Tikint” MMC / Bakı, Azərbaycan 05.01.2010-13.05.2012
Vəzifə - mühasib

“Spark” MMC / Bakı, Azərbaycan 13.05.2012-hal-hazıradək
Vəzifə - maliyə mütəxəssisi

“İnternational Consulting Group” MMC Bakı, Azərbaycan 01.01.2015-hal-hazıradək

Vəzifə- Auditor

“İnternational Consulting Group” MMC-də auditor olaraq aşağıdakı funksiyaları yerinə yetirirəm:

mühasibatlıq və vergi məsləhətlərinin verilməsi
mühasibatlıq yoxlamalarının aparılması
müəssisə üçün müvafiq mühasibatlıq proqramının seçilməsi, qurulması vəsistemin işlək hala salınması
maliyyə və vergi hesabatlarının hazırlanması
dövlət orqanlarında müəssisəni təmsil edilməsi və orqanlarda yaranmış problemlərin həll olunması
müəssisənin auditinin edilməsi

"İnternational Consulting Group" MMC-də aşağıdakı müəssisələrdə qeyd olunan xidmətləri göstərirəm.

- Xəzər-1 Firması (Green City)-2013-cü, 2014-cü,2015-cii və 2016-cı illər üçün maliyyə hesabatlarının hazırlanması və auditin edilməsi.

- Elad MMC- aylıq mühasibatlıq hesablarının yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması, auditin edilməsi.

- ARTİ İnşaat Dizayn MMC- aylıq mühasibatlıq və audit xidmətlərnin göstərilməsi, mühasibatlıq proqramının quraşdırılması və əməliyyatların düzgün işlənilməsinə nəzarət

- Türkaz Çınqıl MMC- aylıq maliyyə, mühasibatlıq məsləhətlərinin verlməsi, hesabların yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması

I Mövzu
Mühasibat uçotu anlayışı və metodları
Uçotun növləri:təsərrüfat uçotu, mühasibat uçotu və statistik uçot
Mühasibat uçotu, idarəetmə uçotu və vergi uçotu anlayışları, mahiyyəti, istifadə səbəbləri
Mühasibat uçotu metodlarının öyrənilməsi və təhlili

II Mövzu
İlkin sənədlər, mühasibatlıq hesabları və ikili mühasibat yazıları
Sənədlərin anlayışı, növləri və istifadə qaydaları
Mühasibat hesablarının anlayışı
İkili mühasibatlıq yazılarından istifadə qaydaları və səbəbləri

III Mövzu
Aktivlərin anlayışı, uzunmüddətli aktivlər və onların növləri
Uzunmüddərli aktivlər, növləri, amortizasiyası
Amortizasiyanınmetodları,metodlardanistifadə və metoddəyişimi
Aktivlərin kənarlaşması və yenidən qiymətləndirilməsi
Qeyrimaddi uzunmüddətli aktivlər, təhqiqat və təcrübə-kontruktor xərcləri

IV Mövzu
Qısamüddətli aktivlər və növləri
Qısamüddətli aktivlərin anlayışı, növləri və uçotu
Malmaterial uçotu, satışın maya dəyəri, materialın silinməsi uçotunun metodları
Debitor borclarvə ümidsiz debitor borclar

V Mövzu
Kapital, kapitalın növləri, öhdəliklər və əsas maliyyə elementləri
Kapitalın anlayışı, növləri, birbirindən fərqləri və istifadə təyinatları
Öhdəliklər və onların növləri növləri
Maliyyə bərabərliyinin əhəmiyyəti və bu bərabərliyin əsas elementləri

VI Mövzu
İdarəetmə uçotu anlayışı, gəlirlər və xərclərin növləri
İdarəetmə uçotunun mahiyyəti, istifadə səbəbləri və üstünlükləri
Xərclərin növləri, dolayı məsrəflərin maya dəyəri üzərinə bölüşdürülməsi metodları
Büdcə , hazırlanması və icrasına nəzarət
Kapital xərcləri və gəlir xərcləri

VII Mövzu
Vergi uçotu anlayışı, təşkilatların vergi uçotu və vergi qanunvericiliyi
Verginin anlayışı, növləri, obyekti və ödəyiciləri
Vergi uçotunun mahiyyəti, vergi risklərinin aradan qaldırılması
Vergi qanunvericiliyi, hesabatların hazırlanması və bəyannamələrin zamanında təqdim edilməsi

VIII Mövzu
Maliyyə hesabatlarının anlayışı, məqsədi və hazırlanması
Maliyyə hesabatı anlayışı
Maliyyə vəziyyəti haqqında hesabat
Mənfəət zərər hesabatı
Kapitalın dəyişimi hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatı

Təlim ödənişlidir. 48 saatliq təlim proqramı 3 ay davam edir.
Aylıq ödəniş: 110 manat
3 ayın ödənişi birdən ödənilərsə, ümumi ödəniş: 300 manat
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

” 22 mart 2019-cu il tarixinə kimi ilkin ödəniş edərək qeydiyyatın rəsmiləşdirən hər kəsin təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir!

"Business Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 10 % endirim tətbiq ediləcəkdir.

Həftənin günləri
Saatlar
Çərşənbə
19:00 - 21:15
Cümə
10:00 - 21:15
Nə üçün bu təlim?
Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.
  • Avtobuslar
  • Metro stansiyası
    28May
  • Əlaqə telefonu
    +994 51 311 35 92 +994 55 300 35 92