Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Nəsimi
Nəsimi ray. S.Vurğun küç. 34 (AF Mall tm 2-ci mərtəbə)
Dərslərimiz peşəkar, müəssisələrdə Baş Mühasib vəzifəsində çalışmış, mühasibatlığa aid hər şeyi tam mənimsəmiş və pedoqoji təcrübələri olan müəllim qrupu tərəfindən keçirilir.
Mühasibat (Maliyyə,Vergi) Uçotu Tədris Proqramı
Tədris müddəti : 3 Ay + 1 Ay əməkdaşlıq etdiyimiz müəssisədə ödənişsiz təcrübə.
Tədris proqramı : Aylar üzrə
1 – ci mərhələ: 2 ay – Mühasibat və Maliyyə uçotu üzrə Nəzəri və Praktik əsaslar ( Praktik əməliyyatlardan istifadə etməklə , sənədlər və misallarla)
- Dərs sayı (ümumi) – 24-25 dərs
- Dərs sayı (həftə ərzində) – 3 dərs
- Dərs saatı – 1 saat
- Dərs öyrədilmə zəmanəti - 50-80 % aralığı (tələbədən asılı olaraq)
2 –ci mərhələ: 1 ay – Vergi uçotu üzrə Nəzəri və Praktik əsaslar (Sənədlər və Bəyənnamələr üzrə , misallarla) – Mühibat uçotu ilə əlaqəli formada
- Dərs sayı (ümumi) – 12 dərs
- Dərs sayı (həftə ərzində) – 3 dərs
- Dərs saatı – 1 saat
- Dərs öyrədilmə zəmanəti - 50-80 % aralığı (tələbədən asılı olaraq)
3 – cü mərhələ
- 1 ay – Mühasibat Uçotunun Proqramlaşdırılması ( 1 C (7.7,7.8 ...8.0,8.3,9.0 və s) , Mikro ERP – Ticari əməliyyatlar , Logo 1.1 , Fast Store (Kreditləşmə profaylı olan mühasibat uçotu proqramı) – proqramlarına tətbiq
- Dərs sayı (ümumi) – 10 dərs
- Dərs sayı (həftə ərzində) – 3 dərs
- Dərs saatı – 1 saat
- Dərs öyrədilmə zəmanəti - 80 -90 % aralığı (tələbədən asılı olaraq)
4- cü mərhələ: Əməkdaşlıq etdiyimiz müəssisələrdə ödənişsiz təcrübə keçirilir. Təcrübədən sonra imtahan götürülür, imtahan nəticəsinə uyğun olaraq SERTİFİKAT ilə təmin olunur. Sertifikat kurs və təcrübə keçirilən müəssisə tərəfindən verilir.
Tədris proqramının tərkibi :
1 – ci mərhələ
-Mühasibat və Maliyyə uçotu üzrə Nəzəri və Praktik əsaslar ( Praktik əməliyyatlardan istifadə etməklə , sənədlər və misallarla).
Tədris müddətində keçirilən dərslər – Müəssisələr , onların mahiyyəti və formaları , strukturu və idarə edilməsi metodları (Mühasibat – Maliyyə uçotu müəssisələrə tətbiq edildiyi üçün müəssisə strukturalarının qısa mahiyyəti) , Müəssisədə vəsaitlər (amillər ,resurslar) və onların hərəkəti, növləri, təyinatları və s.
-Uçot nədir və növləri hansılardır , Mühasibat Uçotu nədir və nə üçün müəssisələrə tətbiq olunur , Mühasibat Uçotuna aid hesabatların və Maliyyə hesabatlarının ümumi məzmunu ,
-Mühasibat uçotunda istifadə edilən Hesablar Planı haqqında ümumi anlayış (köhnə və yeni milli mühasibat uçotu standartlarına əsasən koommersiya təşkilatları üçün hazırlanam hesablar planı cədvəli) , Hesab nədir , Hesabların ümumi strukturu və təsnifatı , Təsərrüfat əməliyyatlarının hesablarda ikili yazılış üsulu ilə əks etdirilmə metodu , İkili yazılış üsulunun mahiyyəti, Hesablarda Aktiv və Passiv anlayışı, Hesabların Saldosunun (Son Qalıq) çıxarılma metodları , Gəlir Xərc,Mənfəət anlayışı və s.
-Mühasibat uçotunda istifadə edilən İlkin sənədlər, Registr sənədləri və digər sənəd dövriyyəsi (Praktik əsaslarla), M/Uçotunda istifadə edilən əsas anlayışlar. Dövriyyə və dövriyyədənkənar vəsaitlərin müəssisədə rolu və mahiyyəti. Dövriyyədənkənar vəsaitlər :
Əsas vəsaitlər (Torpaq,Tikili və Avadanlıqlar) - onların növləri , müəssisəyə mədaxili, müəssisədə istifadə olunması, amortizasiyası (köhnəlməsi-normalarla), silinməsi, satılması,icarəyə verilməsi və icarəyə götürülməsi , vergi əməliyyatları və əsas vəsaitlərə aid əsas praktik sənədləşmə və əməliyyatların misallarla nəzərdən keçirilməsi (mühasibat uçotu hesablar planına uygun köhnə və yeni hesablar plan hesabları vasitəsi ilə , müxabirləşmə əməliyyatları üzərində).Əsas vəsaitlərin uçotu ilə bağlı köhnə və yeni hesablar planı arasındakı fərqlər və milli mühasibat uçotu standartlarında əsas vəsaitlər və s. Dövriyyədənkənar vəsaitlər. Qeyri-maddi aktivlər (Qudvil, Patent, Lisenziya, Ticarət markaları, Proqram təminatı və Müəllif hüquqları və s)– onların növləri, müəssisəyə mədaxili, silinməsi, amortizasiyası,satışı, icarəyə verilməsi və icarəyə götürülməsi və aktivlərə aid əsas praktik sənədləşmə və əməliyyatların misallarla nəzərdən keçirilməsi (mühasibat uçotu hesablar planına uygun köhnə və yeni hesablar plan hesabları vasitəsi ilə , müxabirləşmə əməliyyatları üzərində). Qeyri-maddi aktivlərin uçotu ilə bağlı köhnə və yeni hesablar planı arasındakı fərqlər və milli mühasibat uçotu standartlarında qeyri-maddi aktivlər və s.
Azqiymətli və tezköhnələn əşyalar (təsərrüfat inventarlarının ümumi və xüsusi təyinatlı alət və ləvazimatları və digər əmək vasitələri və s.) - onların növləri, müəssisəyə mədaxili, silinməsi, satışı və azqiymətlilərə aid əsas praktik sənədləşmə və əməliyyatların misallarla nəzərdən keçirilməsi (mühasibat uçotu hesablar planına uygun köhnə və yeni hesablar plan hesabları vasitəsi ilə , müxabirləşmələrlə, əməliyyatlar üzərində). Maddi sərvətlərin yenidən qiymətləndirilməsi və azqiymətlilərin uçotu ilə bağlı köhnə və yeni hesablar planı arasındakı fərqlər və milli mühasibat uçotu standartlarında qeyri-maddi aktivlər və s. Daşınmaz əmlaka investisiyalar , Bioloji aktivlər , Təbii sərvətlər, Kapital qoyuluşları haqqında ümumi məlumat və s. Dövriyyə vəsaitləri : material ehtiyatları (Xammal,Yanacaq, Taralar, Ehtiyat hissələri və s.) – mahiyyəti , müəssisəyə mədaxili, müəssisədə istifadə olunması, silinməsi (İstehsala və ya birbaşa xərcə), satılması, vergi əməliyyatları və materiallara aid əsas praktik sənədləşmə və əməliyyatların misallarla nəzərdən keçirilməsi (mühasibat uçotu hesablar planına uygun köhnə və yeni hesablar plan hesabları vasitəsi ilə , müxabirləşmələrlə, əməliyyatlar üzərində). İstehsal ehtiyatlarının (xammalların) rəsmiləşdirilməsi. Materialların uçotu ilə bağlı köhnə və yeni hesablar planı arasındakı fərqlər və milli mühasibat uçotu standartlarında material ehtiyatları və s. İstehsal məsrəfləri (İstesalda istifadə olunmuş əsas xammal , materiallar, istehsalla məşğul olan işçi heyətinə aid məsrəflər, amortizasiya məsrəfləri və s.) – Bütün xərc maddələri (Əsas ,köməkçi ,ümumu istehsalat xərcləri, Ümumi təsərrüfat xərcləri ,Tədavül və Kommersiya xərcləri və s.) haqqında geniş , M/U – hesabları vasitəsi ilə müxabirləşmələrlə və misallar üzərində əməliyyatlar tətbiq etməklə, nəzərdən keçirmək.
Ehtiyatların maya dəyərinin hesablanması metodları – hesablanma məntiqi, metodları (FİFO,LİFO,AVCO). İnfilyasiya və defilyasiya şəraitində ehtiyatların maya dəyərinin hesablanması üsulları. Məhsulların maya dəyərinin Kalkulyasiyasının əsas mahiyyəti və təsnifatı.Bitməmiş istehsal və s. əsas praktik sənədləşmə və əməliyyatların misallarla nəzərdən keçirilməsi (mühasibat uçotu hesablar planına uygun köhnə və yeni hesablar plan hesabları vasitəsi ilə , müxabirləşmə əməliyyatları. Hazır Məhsullar (Mal,Xidmət) – mahiyyəti , satışının,silinməsinin, anbarlararası yerdəyişmələrinin sənədləşdirilməsi , qeydiyyat formaları , alıcılara yüklənməsinin uçotu, kommersiya xərcləri, Ticarət Güzəşti (Əlavəsi) və s. – in M/Uçotunda əksi və geniş (misallarla - əməliyyatlar üzərində) şəkildə müxabirləşmələrinin analizi. Bitməmiş istehsalın uçotu və qiymətləndirilməsi , istehsal itkilərinin uçotu ilə bağlı praktik sənədləşmə və əməliyyatların misallarla nəzərdən keçirilməsi. Pul vəsaitlərinin və hesablaşmalarının uçotu – Pul vəsaitləri və onların hesablaşmalarının uçotu , Kassa əməliyyatları, Bankdakı hesablaşma hesabı üzrə əməliyyatlar, xarici valyutalar üzərində əməliyyatların M/Uçotun – da əks etdirilməsi , kassa – bank əməliyyatlarının rəsmiləşdirilməsi və əməliyyatların misallarla nəzərdən keçirilməsi. Əmək haqqı və onların ödənilməsinin uçotu – Əmək haqqının uçotu və ödənilməsinin ümumi qaydaları və rəsmiləşdirilməsi , İşçi heyyətinin ilkin uçotunun sənədləşdirilməsi , Əməyin təşkili və ödənilməsi sistemi, Əmək haqqının hesablanmasının (Hesablanan - məzuniyyət , müavinət , vaxtamuzd əmək haqqı məbləği , mükafat və s. ) , Tutulmasının (Tutulan – Gəlir vergisi , DSMF , H/İ və s.) və ödənilməsinin M/Uçotunda əks etdirilməsi (mühasibat uçotu hesablar planına uygun köhnə və yeni hesablar plan hesabları vasitəsi ilə , müxabirləşmə əməliyyatları üzərində).Əmək haqqının uçotu ilə bağlı köhnə və yeni hesablar planı arasındakı fərqlər və milli mühasibat uçotu standartlarında Əmək haqqı və s.
- Hesablaşmalar (Alıcı,Satıcı,Xidmət göstərən şirkət və şəxslərlə və s.) – Malsatan və Podratçılarla hesablaşmalar (mal alışı,ödənişlər,geri qaytarmalar, güzəştlər, artıq ödənişlər , Alqı-Satqı müqavilələri və s.) , Alıcı və Sifarişçilərlə hesablaşmalar (Mal satışı , kassa-bank ödənişləri, müştəridən geri qaytarmalar , bonus və s.) və əməliyyatlarla ,misallar üzərində müxabirləşmələrlə M/Uçotunda əks etdirilməsi.
- Debitor və Kreditor borclar – mahiyyəti və növləri , debitor və kreditor borcların uçotda əksi və kontrol hesablar , ümidsiz və şubhəli borcların mahiyyəti və ümidsiz borcların birbaşa silinmə metodu ilə uçotu, ümidsiz borcların ehtiyat metodu ilə qiymətləndirilməsi və uçotu, ümidsiz borclar üzrə xərclərin qiymətləndirilməsi və bu tip borcların bərpa edilməsi və s.
Təhtəl hesab şəxslərlə hesablaşmaların uçotu – mahiyyəti , avans hesabatı tərtibatı rəsmiləşdirilməsi və bu hesablaşma ilə bağlı bütün əməliyyatların misallarla nəzərdən keçirilməsi .
- Müxtəlif Debitor və Kreditorlarla , verilmiş avanslar üzrə, iddialar üzrə, alınmış avanslar üzrə , əmlak və şəxsi sığorta üzrə, sosial sığorta və təminat üzrə hesablaşmalar – mahiyyəti , növləri , hesablarda əksi, M/Uçotunda tətbiqi. Fondlar , Məqsədli maliyyələşmələr və Maliyyə nəticələri – müəssisənin özünəməxsus kapitalı haqqında anlayış və onun formalaşması , nizamnamə (ehtiyat və əlavə) kapitalı, maliyyə qoyuluşları və onun təsnifatı, maliyyə nəticələri, tərkibi və uçotu, müəssisə mənfəəti və zərərlərinin uçotu , mənfəətin bölüşdürülməsi və istifadə olunmasının uçotu və s. analizi, əməliyyatlarla müxabirləşmələri. Mənfəət və Zərər – mənfəət və zərərin mahiyyəti və növləri , mənfəət vergisi , MHBS (Maliyyə Hesabatı Beynəlxalq Standartları) və MMUS (Milli Mühasibat Uçotu Standartları) – da mənfəət vergisi, uçot mənfəəti və vergi tutulan mənfəət arasındakı fərqlər, vergi uçotunda gəlirdən çıxılan xərclər və onların təsnifatı, cari və təxirə salınmış mənfəət vergisinin uçotu və s. – in misallarla izahı (praktik əməliyyatlar üzərində) və uçotu.
- Hesabatlar (Maliyyə Hesabatları) – maliyyə hesabatı haqqında ümumi anlayış , Balans hesabatı və onun məqsədi , balansı təşkil edən maddələr, Mənfəət və Zərərlər haqqında , Kapitalda dəyişikliklər haqqında hesabat, maliyyə hesabatına izahlı qeydlər. Maliyyə hesabatının hazırlanma mərhələləri – hesabatın hazırlanması üsulları, əməliyyatların qeydiyyatdan keçirilməsi mərhələləri , birtərəfli və ikitərəfli qeydiyyat , qruplaşma mərhələsi – baş kitabın tərtibi , ilkin hesabat mərhələsi (sınaq balansı) , düzəliş olunmuş sınaq balansı , köməkçi hesabların bağlanması və son maliyyə hesabatının hazırlanması və s. haqqında praktik əməliyyatla izahatı.
- Maliyyə hesabatlarının hazırlanması – hesabatlara düzəliş qeydlərinin mahiyyəti və növləri , debitor borclar üzrə, əvvəlcədən ödəmələr üzrə, öhdəliklər (kreditor borclar) üzrə düzəlişlər , köməkçi hesabların bağlanması və son maliyyə hesabatının hazırlanması və s. haqqında , misallarla geniç izahı. Praktik üsullarla, misallar üzərində , müəyyən bir dövr ərzində baş vermiş təsərrüfat əməliyyatları nəticəsində maliyyə hesabatlarının tərtib edilməsi və yoxlanılması.
- Bank kreditləri və borc vəsaitlərinin uçotu – bank kreditləri haqqında anlayış, onun xüsusiyyəti , borc vəsaitləri və onların uçotu. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (PVHHH) – hesabatın hazırlanma məqsədləri və metodları , Amerika standartlarına görə PVHHH- ın strukturu , MHBS 7 – də və PVHHH – nin strukturu , Birbaşa və Dolayı metodla əməliyyat fəaliyyəti üzrə və İnvestisiya və Maliyyə fəaliyyəti üzrə PVHHH – ın hazırlanması və s. Maliyyə hesabatının təhlili – maliyyə hesabatının təhlininin məqsədləri, hesabatların təhlili metodları , üfüqi , trend, şaquli təhlil, maliyyə hesabatlarının əmsallar vasitəsi ilə təhlili, likvidlik,dövriyyə, rentabellik əmsalları və s. Beynəlxalq mühasibat uçotu və hesabatına dair ümumi anlayış və terminoloji lüğət və s. Auditin fəaliiyətinin təşkili və aparılmasının əsas prinsipləri – auditin mahiyyəti və vəzifələri , formaları, icrası prinsipləri və nəticələrinin rəsmiyyətə salınması , məsuliyyətləri və s. İdarəetmə uçotu – uçotun mahiyyəti və əhəmiyyəti, metod və idarəetmə informasiyaların formalaşmasına qoyulan tələblər , idarəetmə uçotunun sistemləri və qarşılıqlı əlaqəsi, təşkili prinsipləri və beynəlxalq standartlara uyğun tənzimlənməsi , mühasibat uçotunun hesablar planının idarəetmə uçotu sisteminə uyğunlaşdırılması və s.
- Uçot siyasəti – Müəssisənin uçot siyasəti haqqında anlayış və onun tərkibi , M/U – nun təşkilinin əsas prinsipləri , uçotun təşkili formaları və s. haqqında geniş və izahlı məlumat. Mühasibin vəzifələri , hüquqları və məsuliyyəti.
– Vergi uçotu üzrə Nəzəri və Praktik əsaslar (Sənədlər və Bəyənnamələr üzrə , misallarla) Mühasibat uçotu ilə əlaqəli formada:
- Vergi uçotunun əsasları – vergi növləri və onların təsnifləşdirilməsi , vergi siyasəti və vergi sistemi, vergi öhdəlikləri (borcları) və vergilər müəyyən edilməsinin əsas şərtləri, vergi münasibətləri iştirakçılarının hüquq və vəzifələrinin geniş izahı.
- Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət – Vergi nəzarəti və onun formaları. Vergi məcəlləsi müəyyən edilmiş məsuliyyət tədbirləri.
- Fiziki şəxslərin gəlir vergisi – mahiyyəti , fiziki şəxs haqqında anlayış, rezident və qeyri rezident fiziki şəxslər, fiziki şəxslərin gəlirləri, gəlir vergisi bəyannaməsinin tərtibi, bəyannamənin verilməsi və verginin ödənilməsi müddəti və s. haqqında ətraflı məlumat və fiziki şəxslərin gəlir vergisinə aid praktik fəaliyyətə dayanıqlı məsələlərin (M/U- da, hesablar üzərində əks etdirilməklə) şərhi və ətraflı izahı.
- Hüquqi şəxslərin mənfəət vergisi – mahiyyəti , hüquqi şəxs haqqında anlayış , rezident və qeyri rezident müəsisələr , malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, əmlakın icarəyə verilməsindən, dividenddən , faizdən gəlirlər haqqında eyni zamanda malların (işlərin,xidmətlərin) təqdim edilməsi üzrə xərclər, elmi tədqiqat işlərinə çəkilən xərclər , amartizasiya ayırmaları və təmir xərcləri , nəqliyyat xərcləri və s. haqqında geniş və təfrrüatlı məlumatlar. Vergiyə cəlb olunan mənfəət , mənfəət vergisinin dərəcəsi , mənfəət vergisi hesabatı, mənfəət vergisi bəyannaməsinin tərtibatı və hüquqi şəxslərin mənfəət vergisi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Əlavə dəyər vergisi – mahiyyəti , ƏDV – nin ödəyiciləri , ƏDV – yə cəlb olunan mallar , hesablanan , əvəzləşdirilən və büdcəyə ödənilməli olan ƏDV məbləği, ƏDV dərəcələri , ƏDV – nin bəyannaməsinin tərtibatı və bəyannamənin verilməsi və ödənilməsi müddətləri , Vergi – Hesab fakturaları və s. Əlavə dəyər vergisi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Aksizlər - mahiyyəti , aksizli malları və onların növləri , aksizin dərəcələri , aksiz bəyannaməsinin tərtibatı və bəyənnamənin verilməsi və ödənilmə müdətləri və s. Aksiz vergisi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Əmlak vergisi – mahiyyəti , vergitutma obyekti ,əsas vəsaitlərin orta illik dəyəri , əmlak vergisi dərəcəsi , əmlak vergisi bəyannaməsinin tərtibatı və bəyannamənin verilməsi və ödənilməsi müddətləri və s. Əmlak vergisi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Torpaq vergisi – mahiyyəti , vergitutma obyekti , torpaq vergisi dərəcəsi , torpaq vergisi bəyannaməsinin tərtibatı və bəyannamənin verilməsi və ödənilməsi müddətləri və s. Torpaq vergisi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Yol vergisi – mahiyyəti , vergitutma obyekti , yol vergisi dərəcəsi , yol vergisi bəyannaməsinin tərtibatı və bəyannamənin verilməsi və ödənilməsi müddətləri və s. Yol vergisi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Mədən vergisi – mahiyyəti , vergitutma obyekti , mədən vergisi dərəcəsi , mədən vergisi bəyannaməsinin tərtibatı və bəyannamənin verilməsi və ödənilməsi müddətləri və s. Mədən vergisi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Sadələşdirilmiş vergi – mahiyyəti , sadələşdirilmiş vergi ödəyiciləri, sadələşdirilmiş vergiyə cəlb olunan əməliyyatlar , sadələşdirilmiş vergi dərəcələri ,sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı və bəyannamənin verilməsi və ödənilməsi müddətləri və s. Sadələşdirilmiş vergi ilə bağlı praktik məsələlər (M/U- da, hesablar üzərində əks etdirilməklə).
- Vergi orqanlarına işə qəbulla bağlı imtahan suallarına daxil edilən məsələlərin izahlı həlli (1 – ci bölüm).
- Vergi orqanlarına işə qəbulla bağlı imtahan suallarına daxil edilən məsələlərin izahlı həlli (2 – ci bölüm).
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları – Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısının təsdiq edilməsi barədə ; artıq ödənilmiş vergilərin , faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinəqaytarılması qaydalarının təsdiq edilməsi barədə və s. bir neçə qərarların təfərrüatlı izahatı.
3 – cü mərhələ
– Mühasibat Uçotunun Proqramlaşdırılması 1 C (7.7 ... 8.2, 8.3 və s) , Mikro ERP – Ticari əməliyyatlar , Logo 1.1 , Fast Store (Kreditləşmə profaylı olan mühasibat uçotu proqramı) – proqramlarına tətbiq.
Qeyd : Bu mərhələdə Mühasibat uçotunun proqramlaşdırılmasından bəhs edilir ki , proqramlaşdırılmaya aid bir neçə proqram olduğundan , hansı proqramın tədrisi tələb olunursa onu seçin, ona uyğun tədris proqramı tərtib edilsin . Proqramlar :
- 1С:Предприятие / 1C:Enterprise
- Mikro ERP
- Logo (Ticari ve muhasebe)
- Fast Store (Kreditləşmə profaylı olan mühasibat uçotu proqramı)
4-cü mərhələ: Hər bir tələbə kursu bitirdikdən sonra müəssisəyə göndərilir və orada öyrədilən dərslər üzrə praktika keçirilir. Daha sonra imtahan verilir və imtahan nəticəsinə uyğun olaraq həm kursun həm də müəssisənin SERTİFİKATI verilir.
Ünvan: Nəsimi ray. S. Vurğun küç. 34 (AF Mall tm 2 - ci mərtəbə). Heydər Əliyev və Nizami kinoteatr yaxınlığı.