Kateqoriyalar

Data SoCool - Data Analitikası təlimləri
Oracle Database SQL təlimi
  • Kurs müddəti

    3 ay

  • Toplam dərs saatı

    48 saat

  • Qrup hazırlığı

    Aylıq 300 AZN

Təhsil müəssisəsinin adı

Data SoCool - Data Analitikası təlimləri
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Şahin Kərimov

Təlim haqqında
Oracle SQL Database təlimində iştirakçılar databazanı düzgün strukturlaşdırmağı, SQL funksiyalarının tətbiqini, mürəkkəb data modellərin qurulmasını öyrənəcək, proyektlərlə işləyərək müxtəlif bizneslər üçün databaza həlləri tapacaq və onları tətbiq edəcəklər.

Təlimin sonunda iştirakçılar Beynəlxalq Oracle SQL sertifikat imtahanına girmək üçün iləri (advanced) bacarıqlar qazanmış olacaqlar.

Təlimçi haqqında
Şahin Kərimov - Oracle Database SQL Expert Certified. SQL üzrə təcrübəsi 2007-2019-cu illəri əhatə edir. Özəl banklardan birində aparıcı proqramçıdır və IT Departamentinin rəhbəridir. 2012-ci ildən etibarən həm fərdi, həm korperativ təlimlərdə təlimçi olaraq çıxış edir.

Təlimin metodu
Dərslər nümunə məlumatlar bazası üzərində qurulur. Təlim alan tərəf öz arzusu ilə test məlumat bazasında imkan yaradarsa, dərslər həmin baza üzrərində qurula bilər. Oracle SQL əmrləri hər hansı tooldan asılı olmayaraq (SQL Developer, PLSQL Developer, Toad və s.) sərbəst istifadə edilə biləcək qaydada öyrədilir. Əlavə olaraq, təlim müddətində iştirakçılar üçün yaradılmış qruplarda tam mentorluq dəstəyi göstəriləcək, müzakirələrə qatılmaq və beynəlxalq sertifikat imtahanlarına hazırlaşmaq imkanı əldə edəcəklər.

Təlimin proqramı
Oracle və SQL-ə giriş: Sadə sorğuların yazılması

Əlaqəli verilənlər bazası idarəətmə sistemləri (RDBMS) və Strukturlu Sorğu Dili (SQL) haqqında ümumi məlumat
Oracle və qoşulma üçün müvafiq proqramların (SQL Developer, Toad və s.) quraşdırılması
Sadə SQL sorğularının yazılması
Sorğularda şərt və sıralama, bool məntiqinin izahı (Where, Order by, Bool operations)
SQL Funksiyaları

Tək sətrli funksiyalar (Single-Row Functions)
Qrup funksiyaları (Group Functions)
Analitik funksiyalar (Analytics Functions)
İki və daha çox cədvəldən məlumatların çıxarılması və Alt sorğular

Bir neçə cədvəldən məlumatların çıxarılması (Joins: Cross, Inner, Outer)
Alt Sorğuların istifadəsi (Sub queries: SingleRow, MultipleRow, Correlated)
Cədvəllərin strukturları və məlumatlarla iş sorğuları(DDL, DML)

Məlumatların yazılması, dəyişdirilməsi, silinməsi (DML: İnsert, Update, Delete, Merge)
Bir neçə cədvələ məlumatların yazılması (Multitable insert: Conditional, Unconditional)
Cədvəllərin yaradılması, strukturunun dəyişdirilməsi, ləğv edilməsi, ad dəyişmə, şərhlər (DDL: Create, Alter, Drop, Truncate. Rename and Comment)
Constraint və View obyektləri

Cədvəllər üzərinə məhdudiyyətlər (Constraints: Primary key, Unique, Foreign key, Not NULL, Check)
View obyeki (View)
İndekslər, Ardıcıl qiymətlər verən obyekt, Sinonimlər və Çoxluq əməliyyatları (Indexes, Squences, Synonyms, SET operators)

Index tipləri və istifadə qaydaları
Sequence yaradılması və istifadəsi
Synonym yaradılması və istifadəsi
Çoxluq əməliyyatları(Set operators: Union, Union all, İntersect, Minus)
Requlyar ifadələr, pivot və ağacvari strukturlu sql sorğuları

Requlyar ifadələrdən istifadə (Regular expressions, REGEXP_)
Pivot sql yazılması və istifadə yerləri (PİVOT)
Hierarchical sql sorgularinin yazılması
Oracle istifadəçi idarəetməsi və yekun praktika

Userin yaradılması və hüquqlarımın idarəedilməsi (DCL)
Arzu olunan sənaye sahəsinə uyğun verilənlər bazasının yaradılması və hesabatların yazılması
Yaradılmış model üzərində yekun praktika
1z0-071 Beynəlxalq Oracle SQL sertifikat imtahanı ilə tanışlıq və hazırlıq.

İmtahana hazırlıq haqqında təlimat
İmtahan testlərinin nümunə üzrə izah edilməsi

  • Avtobuslar
    88,38,4
  • Metro stansiyası
    Xətai
  • Əlaqə telefonu
    +994 50 5971227