Kateqoriyalar

Data SoCool - Data Analitikası təlimləri
Modelling and Forecasting – Time Series Analysis təlimi
  • Kurs müddəti

    1 ay

  • Toplam dərs saatı

    24 saat

  • Qrup hazırlığı

    Aylıq 350 AZN

Təhsil müəssisəsinin adı

Data SoCool - Data Analitikası təlimləri
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Həsrəddin Quliyev

Təlim haqqında
Data analitikasının ən vacib rollarından biri keçmiş datalara əsaslanaraq gələcək üçün proqnoz vermək, yeni trendləri öncədən müəyyənləşdirmək və beləliklə, qərarverməni optimallaşdırmaqdır. "Modelling and Forecasting – Time Series Analysis" təlimindən sonra siz artıq biznesinizdəki qərarları analizlərin nəticələrinə əsasən verəcəksiniz.

Proqramın Əhatəsi: Data Analitikası, Zaman Sıralarının Analizi, İqtisadi Proqnozlaşdırma , Maliyyə hesabatlarının hazırlanması və Maliyyə alətlərinin qiymətlərinin proqnozlaşdırılması, Satışların Analizi və gələcəyə yönəlik proqnozu, Eviews tətbiqi proqramı

Təlimçi haqqında
Həsrəddin Quliyev, Azərbaycan Dövlət İqtisad Universiteti Biznesin İdarə Olunması ixtisası üzrə bakalavr və Akdeniz Universitetində Ekonometrika ixtisası üzrə magistr dərəcəsi alıb. Hal-hazırda eyni ixtisas üzrə İstanbul Universitetində doktorontura təhsilinə davam edir. Həsrəddin Quliyev bir müddət İstanbulda Araşdırma şirkətində çalışıb və hal-hazırda özəl bankların birində Data Analyst Specialist olaraq çalışır. İndiyə kimi bir çox Data Science, Statistika və Ekonometrika üzrə beynəlxalq konfranslarda, sammit və meet up-larda həm dinləyici, həm də speaker kimi iştirak edib. 2018-ci ildə Tam Faktoring tərəfindən keçirilən Hackhathonda "Cluster Analysis with k-means and Ordinal Lojistic Regression: Customer Segmentation" lahiyəsi ilə ilk 5-liyə daxil olub və hal-hazırda yazılan "Advanced Topics in Econometrics" kitabında bölüm yazarı olaraq yer alır.

Təlimin auditoriyası
Data Science, Data Analitikası, Biznes Analitikası, Müştəri Əlaqələrinin İdarə Olunması (CRM), Maliyyə Analitikası və Risklərin İdarə Olunması kimi sahələrdə çalışmaq istəyənlər və çalışanlar.

Təlimin proqramı
Modelləmə və Proqnozlaşdırmaya Giriş

Eviews proqramına giriş
Zaman Sıralarının Komponentləri ( Trend, Mövsümi Faktorlar və.s)
Troma-Seats / STL Decompotion Metodları
Korelogram Grafiki
Vahid-kök (Unit-Root) Testləri
Tək Dəyişkənli Zaman Sıraları Analizi

Ortalama Düzləşdirmə Modelləri (Moving Average, Smoothing Models)
Üstlü Düzləşdirmə Modelləri (Exponential smoothing Models)
Holt-Winters düzləşdirmə Modelləri (Holt-Winters smoothing Models)
ETS üstlü düzləşdirmə modelləri (ETS exponential smoothing Models)
ARİMA Model Tipləri (ARIMA Models)
Yüksək Frekanslı Zaman Sıralarının Modellənməsi – ARCH&GARCH modelləri
Tətbiqlər
Çox Dəyişkənli Zaman Sıraları Analizi

Zaman Sıralarında Reqressiya Modelləri
Struktural Qırılmaların Müəyyən olunması və Modellənməsi (Structural Break Test)
Vector autoregression (VAR) Model
Co-Integration Analizi
Səbəbiyyət Analizi (Causality Analysis)

  • Avtobuslar
    88,38,4
  • Metro stansiyası
    Xətai
  • Əlaqə telefonu
    +994 50 5971227