Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Baş ofis: Bakı şəhəri, İnşaatçılar pr. 6
 #online keçiriləcək “Əmək Məcəlləsi və Kadr Kargüzarlığı” Təlimi üçün qeydiyyata start verildi.
Təlimin strukturu aşağıdakı kimidir:
 Əmək müqaviləsinin bağlanma qaydaları və sənədləşdirilməsi
 Əmək müqaviləsinə xitam verilməsi qaydaları və sənədləşdirilməsi
 Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
 İşçilərin ixtisarı zamanı əməl olunmalı qaydalar
 İş vaxtının növləri və tənzimlənməsi qaydaları
 İstirahət hüququ və onun tənzimlənməsi
 Məzuniyyətin növləri və onların sənədləşdirilməsi
 Əmək və icra intizamı, intizam tənbehi, mükafatlandırmanın tətbiq edilməsi
 Əmək kitabçalarının doldurulma qaydaları
 Kadr işinin praktiki formada izahı
 Kadr inzibatçılığı zamanı sənədləşmə qaydaları
 Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (portalda) qeydiyyata alınmasının praktiki formada izahı
Təlim haqqında ümumi məlumat:
▪Təlimin başlama tarixi: İştirakçıların razılığı ilə
▪Dərs günləri: Şənbə, bazar günləri və həftə içi bir gün
▪Vaxt: Şənbə-bazar: 15:00-16:00; həftə içi: 19:00-21:00
▪Təlimin vaxtı dinləyicilərin ümum razılığı ilə dəyişdirilə bilər.
▪Tədris dili: Azərbaycan dili
▪Təlimin müddəti: 24 saat / 1 ay
▪Təlimin ümumi qiyməti: 200 AZN
Təlim təcrübəli hüquqşünas Çinar Kərəmov tərəfindən aparılacaq. Hal-hazırda “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının (ATV Telekanalı) hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Ç.Kərəmov peşəkar hüquqşünas olmaqla yanaşı, peşəkar təlimçidir.
Təlimin detalları və təlimçi haqqında ətraflı məlumat üçün şərh bölməsinə “+” yaza, mesaj göndərə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Qeydiyyat forması: http://bttm.az/qeydiyyat.html
==========================================
Bakı şəhəri, İnşaatçılar pr 6
+994507443545
 [email protected]
 www.bttm.az