Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Baş ofis: Bakı şəhəri, İnşaatçılar pr. 6
Təlimin strukturu:
• Əmək müqaviləsinin bağlanma qaydaları və sənədləşdirilməsi
• Əmək müqaviləsinə xitam verilməsi qaydaları və sənədləşdirilməsi
• Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
• İşçilərin ixtisarı zamanı əməl olunmalı qaydalar
• İş vaxtının növləri və tənzimlənməsi qaydaları
• İstirahət hüququ və onun tənzimlənməsi
• Məzuniyyətin növləri və onların sənədləşdirilməsi
• Əmək və icra intizamı, intizam tənbehi, mükafatlandırmanın tətbiq edilməsi
• Əmək kitabçalarının doldurulma qaydaları
• Kadr işinin praktiki formada izahı
• Kadr inzibatçılığı zamanı sənədləşmə qaydaları
Təlim haqqında ümumi məlumat:
• Təlimin başlama tarixi planlaşdırılır: 30.05.2020
• Dərs günləri: Şənbə, bazar günləri və həftə içi bir gün
• Vaxt: Şənbə və bazar günləri: 14:00-16:00; həftə içi: 19:00-21:00
• Tədris dili: Azərbaycan dili
• Təlimin müddəti: 24 saat/1 ay
Təlimin qiyməti, ödəniş qaydası və endirimlər:
• Təlimin ümumi qiyməti: 200 AZN
• Qeydiyyatdan keçdikdən sonra 3 gün ərzində online, milliön ödəmə terminalından və ya nağd qaydada ən az 20 AZN depozit ödənilməlidir. Təlimin ümumi dəyəri təlim müddətində hissə-hissə (3 hissədən çox olmamaqla) ödənilə bilər.
• Müəssisələrə- 2 və daha çox iştirakçı olduqda hər bir iştirakçı üçün 10% endirim tətbiq olunur.
• Fiziki şəxslərə-təlimə dəvət etdiyi hər bir şəxs üçün 10% endirim tətbiq olunur.
• Tələbələrə 15% endirim tətbiq olunur.
Təlimin keçirilmə qaydası:
Təlim “Zoom cloud Meetings” proqramı ilə həyata keçiriləcəkdir. Proqramdan istifadə çox sadədir. Proqramı mobil telefona və ya kompüterə yüklədikdən sonra müvafiq kod əldə edərək (qeydiyyatdan keçdikdən sonra kod sms vasitəsi ilə göndəriləcək) təyin olunmuş tarixdə və saatda onlayn təlimə qoşulun və olduğunuz yerdən bizdən aldığınız məlumatlarla özünüzü daha da inkişaf etdirin. Proqram barədə ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Təlimçi haqqında məlumat:
Təlim geniş təcrübəyə malik olan hüquqşünas Çinar Kərəmov tərəfindən aparılacaq. Hal-hazırda “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının (ATV Telekanalı) hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Ç.Kərəmov peşəkar hüquqşünas olmaqla yanaşı, peşəkar təlimçidir.
İş təcrübəsi: 1) “Aztelekom” İB KMTQ – Hüquqşünas; 2) “İnternational Legal Services” MMC – Direktor; 3) “AGBank” ASC – Hüquqşünas; 4) “Azprice Group” MMC – Direktor; 5) “ARB 24” MMC (ARB Telekanalı) – Hüquqşünas; 6) “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (ATV Telekanalı) – Hüquq şöbəsinin müdiri
Təlimdən əldə edəcəksiniz:
• Kadr kargüzarlığı sistemini Qanunvericiliyə uyğun qurmaq üçün lazımi bilik və bacarıqlar
• Kadr Kargüzarlığının əsəslarını öyrənərək yeni bir peşəyə yiyələnmək imkanı
• Növbəti təlim üçün endirim
• Praktiki çalışmalar
• Təlim materialları
• Nəticə imtahanı
• Sertifikat
Təlimdə kimlər iştirak edə bilər?
• Müəssisə və təşkilatlarda kadr işlərinin, kadr kargüzarlığının aparılmasını həyata keçirən işçilər
• Kiçik müəssisə (təşkilat) rəhbərləri
• Nəzəri biliklərə malik olub, lakin kadr kargüzarlığı sahəsində heç bir təcrübəsi olmayan şəxslər.
• Ali, orta ixtisas və orta təhsili olan digər şəxslər