Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Nərimanov
Əhməd Rəcəbli, 1963
Diqqət :
Əgər siz növbəti bir sertifikat əldə etmək istəyirsinizsə xahiş edirik bizə qoşulmayın. Amma Şəxsi inkişaf arzu edirsinizsə o zaman oxumağa davam edə bilərsiniz.
“From Zero to Hero” İnsan Resursları sahəsində dəyişiklik etməyə qadir olacaq əsl qəhrəmanları yetişdirən iki aylıq intensiv proqramdır. Biz öz qəhrəmanlarmızın nəinki bugünki İnsan Resursları bilik və bacarıqlarından xəbərdar olmalarını, həmçinin onların bütün dünya üzrə daim dəyişən əmək bazarına cavab vermələri üçün səriştə və bacarıqlarını inkişaf etdirmələrini istəyirik. Proqram yalnız İnsan Resursları üzrə təlim deyil, həmçinin Şəxsi inkişaf platformasıdır.
Təlimçi
Nilufər Məsimova – İnsan resursları üzrə İngiltərənin East Anglia Universitetindən magistr dərəcəsi və SHRM SCP sertifikatını əldə etmişdir. İnsan resursları sahəsində 6 illik təcrübəyə malikdir. Təşkilati davranış, İnsan resurslarının idarə olunması, Dəyişikliklərin idarə olunması, Ünsiyyət kimi fənnlərdən dərs demişdir. “HR School” layihəsinin rəhbərlərindən və təlimçilərindən biri olmuşdur. Bundan əlavə olaraq həm professionallara və həm də gənc mütəxəssislərə təlimlərin verilməsində uğur göstərmişdir.
Kim bizə qoşula bilər
Fərqi yoxdur siz tələbəsiniz, universiteti yenicə bitirmisiniz, yoxsa təcrübəsi olan professionalsınız. Əgər sizin çətin, intensiv amma bir o qədər də maraqlı, yeni təcrübə və əyləncəli bir yola çıxmaq üçün cəsarətli ürəyiniz, əzminiz və dözümünüz varsa, o zaman sizləri öz komandamızda görməyə şadıq. İngilis dilində olacaq təlimə qoşulmaq isdəyənlər üçün lazımi dil səviyyəsi tələb olunur.
Bizim dərs metodumuz
Bu proqram sizə tanış olan dərs otağı təlimi deyil. Biz tamamilə yeni və innovativ metoddan istifadə edirik. Dərslər praktiki çalışmalardan, qrup müzakirələrindən, rol oyunlarından və əyləncələrdən ibarət olacaq. Ən əsası məqsədimiz sizdən imtahan götürmək yox birlikdə öyrənməkdir. Bu o deməkdir ki, imtahan olmayacaq.
Əhatə olunacaq mövzular
İntensiv və hərtərəfli proqram Təşkilati davranış, İnsan Resursları, Əmək Məcəlləsi və ən əsası Şəxsi inkişaf kimi mövzuları əhatə edir. Biz öz qəhrəmanlarımızın nəinki İnsan Resursları sahəsində hərtərəfli bilik və bacarığa malik olmalarını, həmçinin onların professional olmaları üçün ünsiyyət, komanda qabiliyyəti, çıxış etmək və daimi inkişaf kimi bacarıqlarını yüksəltmək istəyirik. Siz bilik və bacarıqlarınızı müxtəlif sahələrdə inkişaf etdirmək şansı əldə edəcəksiniz. Qeyd olunanlar intensiv proqramın sadəcə bir hissəsidir :
Təşkilati Davranış
- Şəxsiyyət
- Motivasiya
- Münasibətlərin qurulması
- Ünsiyyət
- Liderlik
- Dəyişiklik
- Konfliktlərin idarə olunması
İnsan Resurslarının İdarə olunması
- Əmək Məcəlləsi
- İnsan Resurslarının strateji rolu
- İşçi planlanması
- Talantların cəlb edilməsi
- Talantların idarə edilməsi
- İşçilərin işə cəlbi və saxlanılması
- Mükafatlandırma və əmək haqqları
- Təşkilati inkişaf
Şəxsi inkişaf
- Nitq qabiliyyəti
- Ünsiyyət bacarığı
- Təqdimat
- Emosional zəka
- Münasibətlərin qurulması
- Müsahibələr