Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Baku, Azerbaijan
Paket seçin
TƏLİMİN MƏQSƏDİ: Təlim həm nəzəri olmaqla yanaşı, həm də praktiki məşğələləri özündə əks etdirir. Təlimdə Ətraf Mühit məsələlərində CİS texnologiyalarının tətbiqi aspektləri şərh olunacaq, müasir proqram təminatları əsasında ətraf mühit mövzusunda müxtəlif tematik xəritələrin tərtibi metodikaları tədris ediləcəkdir. Nəticədə təlim iştirakçısı Ətraf Mühit sahəsində mövcud olan layihələrdə sərbəst qərar vermə kimi müxtəlif xüsusi üstünlüklərə malik olacaqdır.
Hər bir təlim iştirakçısı kommersiya və ya tədqiqat layihələrinə cəlb olunurlar. Əldə etdikləri bilik və bacarıqları bu layihələrdə tətbiq etmək fürsətinə malik olurlar.
Praktiki dərslər və təlim materialları təşkil olunan təlimin məqsədinə uyğun olaraq təqdim edilir.
İştirakçılar lazımı səviyyədə təlim keçdikdən sonra, müvəffəqiyyətlə imtahan verərək sertifikat alırlar.
Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər.
TƏLİMİN MƏZMUNU:
1. Layihə ərazisin geoməlumat bazasının yaradılması.
2. Məkan məlumatlarının toplanılması, sistemləşdirilməsi və onların təhlili.
3. Məkan məlumatlarının strukturu.
4. Rastr və Vektor məlumatları.
5. Ətraf mühit məsələlərində rast və vektor yanaşmaları.
6. Koordinat sistemləri və proyeksiyalar.
7. Georeferensiya (transformasiya) məsələləri.
8. Digitalizasiya məsələləri (müfəssəl vektorlaşdırma) / Kağız xəritələrin elektronlaşdırılması.
9. Ətraf mühitin öyrənilməsində aerokosmik metodların tətbiqi.
10. Ətraf mühit xəritələrinin tərtibində mövcud metodikalar.
11. Ağır metalların geoinformasiya modelləşdirilməsi və xəritələşdirilməsi.
12. Ümumi karbohidrogenlərin və polisiklik aromatik karbohidrogenlərin paylanması xəritələrinin işlənilməsi.
13. İnfrastruktur xəritələrinin işlənilməsi texnologiyaları.
14. Təbii su obyeklərinin dəyişmə dinamikasının modelləşdirilməsi və xəritələşdirilməsi metodları.
15. Torpaqdan istifadə xəritəsinin işlənilməsi texnologiyası.
16. Aproksimasiya məsələləri.
17. Ətraf Mühitin modelləşdirilməsi
18. Üçölçülü (3D) modellərin qurulması.
19. Qlobal Mövqemüəyyənetmə Sistemləri.