Kateqoriyalar

Hospitality Academy by Ozsut
Xidmət sektoru nəzəriyyəsi və praktik servisi təlimi
  • Kurs müddəti

    7 həftə

  • Toplam dərs saatı

    39 saat

  • Qrup hazırlığı

    Toplam 300 AZN

Təhsil müəssisəsinin adı

Hospitality Academy by Ozsut
  • Şəhər, Rayon

    Bakı
    Nərimanov

  • Əlaqə
    • +994 50 444 77 51
  • Ünvan

    Nərimanov ray., Ak. Həsən Əliyev 82, Kral şadlıq evinin yanı

  • Sosial media
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Filiz Baştuğ, Maarif Məmmədov, Anar Babayev

“Hospitality Academy by Ozsut” MMC olaraq Xidmət sektorunda düzgün servis icrası və yüksək müştəri xidmətləri məmnuniyyəti təmin etmək məqsəd ilə peşəkar servis mütəxəssisləri yetişdirmək üçün təlimlərimizə start verdik.

Təlim proqramımız xidmət sahəsində (restoran, kafe, otel ) ümumi nəzəri biliklərin praktiki metodlarla öyrədilməsi ilə yanaşı şəxsi keyfiyyətlərin və psixoloji məqamların təkmilləşdirilməsini də əhatə edəcəkdir.

Peşəkar təlimçilərlə hazırladığımız, yerli və əcnəbi təlimçilərin təqdimatında tədris edilən əhatəli təlim proqramı, xidmət və turizm sektorunda professional servis mütəxəssisi kimi yetişməyinizi təmin edəcəkdir.

Təlimdə kimlər iştirak edə bilər?

Xidmət sektorunda işləmək istəyənlər;
Xidmət sektoruna yeni başlayanlar;
Xidmət sektorunda işləyənlər (kafe, restoran, otel və s.)


Nə üçün bu təlim?
Son dövrlərdə ölkəmizdə turizmin inkişafı xidmət sahələrinin inkişafına xüsusi diqqət yetirilməsini tələb edir. Artıq sürətlə inkişaf edən xidmət sahələrində yüksək səviyyəli servis göstərilməsi, müştəri məmuniyyətinin qazanılması bir tələbdir. Məhz bu səbəbdən adı keçən sahələrdə peşəkar kadrlar yetişdirmək təlimlərimizin əsas məqsədidir. Bununla yanaşı təlimçilərimiz xidmət sahəsində bütün növ bilikəri, yenilikləri həm nəzəri, həm praktiki tərəfdən iştirakçılara öyrədəcək və özlərinin peşəkar təcrübələrini paylaşacaqlar.
*İştirakçıların performans göstəriciləri və şəxsi keyfiyyətləri nəzərə alınaraq onlara təlim sonunda işilə təmin olunma imkanı yaradılacaqdır.


Tədris proqramı - 2 hissəlidir:

1-ci hissə - Xidmət sektoru nəzəriyyəsi və praktik servis

1 ci həftə (6 saat)
Xidmət sektoruna ümümi baxış – təşkilati struktur, vəzifə və öhdəliklər
Ümümi mal, material və xidmət sektoru terminləri
Ümümi mətbəx məlumatı və içki məlumatı
Ümümi gigiyena qaydaları – xidmət sektoru personal standartları

2-ci həftə ( 6saat)
Servis qablarının düzülüşü, toplanması üsulları – süfrə xidməti və süfrə təmizlənməsi üsulları
Sifariş almaq üsulları
Satış üsulları
Dünya kofeləri, barista təlimi
Şərab təlimi və tədbiqetmə

3-cü həftə ( 6saat)
Servis standartları – servis növləri
Salfet (əldəsmalı) qatlamaq – stəkan (bardaq), çəngəl – bıçaq təmizləmə üsulları
Servis qablarını hazırlamaq – süfrə qatlamaq – toplamaq üsulları
Servis öncəsi hazırlıq misenplus -tepsi daşımaq üsulları

4-cü həftə (3 saat)
Standart içki məlumatı
Dünya kokteylləri məlumatı, banket servis təlimatı
Ümümi dəyərləndirmə və final imtahanı

2-ci hissə - Şəxsi keyfiyyətlərin inkişaf etdirilməsi

5-ci həftə (6 saat)
Effektiv Ünsiyyət
Stress və Stressin idarə edilməsi

6-cı həftə ( 6saat)
Problem həll etmə üsulları və krizin idarə edilməsi
Effektivçalışma. Zamanın idarə edilməsi və motivasiya

7 ci həftə (6 saat)
Komanda şəklində çalışma
Şəxsi problemlər və iş həyatı


Tədris cədvəli:
Təlimin ümumi müddəti 39 saatdır. 39 saat 7 həftə ərzində tədris ediləcəkdir.

Təlimçilər:
1. Filiz Baştuğ
2. Maarif Məmmədov
3. Anar Babayev

Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları
- Final imtahanı
- Sertifikat
- Kofe-breyk

Təlimdə kimlər iştirak edə bilər?
Xidmət sektorunda işləmək istəyənlər;
Xidmət sektoruna yeni başlayanlar;
Xidmət sektorunda işləyənlər (kafe, restoran, otel və s.)
Nə üçün bu təlim?
Son dövrlərdə ölkəmizdə turizmin inkişafı xidmət sahələrinin inkişafına xüsusi diqqət yetirilməsini tələb edir. Artıq sürətlə inkişaf edən xidmət sahələrində yüksək səviyyəli servis göstərilməsi, müştəri məmuniyyətinin qazanılması bir tələbdir. Məhz bu səbəbdən adı keçən sahələrdə peşəkar kadrlar yetişdirmək təlimlərimizin əsas məqsədidir. Bununla yanaşı təlimçilərimiz xidmət sahəsində bütün növ bilikəri, yenilikləri həm nəzəri, həm praktiki tərəfdən iştirakçılara öyrədəcək və özlərinin peşəkar təcrübələrini paylaşacaqlar.
İşlə təmin olunma imkanı varmı?
İştirakçıların performans göstəriciləri və şəxsi keyfiyyətləri nəzərə alınaraq onlara təlim sonunda işilə təmin olunma imkanı yaradılacaqdır.
  • Avtobuslar
  • Metro stansiyası
    Gənclik
  • Əlaqə telefonu
    +994 50 444 77 51