1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini bitirmişəm. 21 illik riyaziyyat fənni üzrə müəllim kimi əmək stajım var. 15 ildən artıq repetitorluq stajım var. Müəllimlərin 2016-cı ildə keçirilmiş diaqnostik qiymətləndirilməsində 60 mümkün baldan 52 bal toplamışam. 2017-2018-ci tədris il üçün işə qəbul prosesində 60 mümkün baldan 55 baldan çox toplayaraq müsabiqənin nəticələrinə görə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 142 saylı tam orta məktəbinə işə qəbul edilmişəm. Müxtəlif illərdə ixtisasartırma və kurikulum kurslarında iştirak edərək sertifikatlara layiq görülmüşəm. Hal-hazırda Sabunçu rayonu, Bilgəh qəsəbəsi 142 saylı tam orta məktəbdə riyaziyyat fənni üzrə müəllim kimi çalışıram, riyaziyyat fənni və məntiq üzrə repetitorluq edirəm.
21 illik əmək stajımda riyaziyyat fənninin tədrisi zamanı əldə etdiyim bilik və bacarıqlar sayəsində gənclərə riyaziyyat fənni üzrə lazımi səviyyədə biliklər aşılamaq