Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Yasamal
Elmlər filialımız: Elmlər metro sts çıxışı (Hüseyn Cavid prospekt 81) Gənclik filialımız: Gənclik metro sts çıxışı (Akademik Həsən Əliyev 90)
GTD School Təlim və Tədris Mərkəzində General English ingilis dilinin 6 səviyyədən - Beginner, Elementary, Pre-Intermediate, Intermediate, Upper-Intermediate, Advanced - ibarət olan ümumi kursudur
General English proqramının əsas məqsədi ingilis dilinin şifahi və ya yazılı formada praktiki istifadəsi üçün dil bacarıqlarının və biliklərinin formalaşması və inkişaf etdirilməsidir
Bu proqramın əsas məqsədləri aşağıdakılardır:
• Dil baryerinin aradan qaldırılması və danışıq ingilis dili bacarıqlarının yaxşılaşdırılması, o cümlədən tələffüzün təkmilləşdirilməsi;
• İngilis dilinin qrammatik normalarının oyrədilməsi;
• Lüğətin fəal genişləndirilməsi;
• İngilis dilində olan nəşrlər ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi: oxu, tərcümə;
• Danışıq dilinin şifahi anlanması bacarıqlarının təkmilləşdirilməsi;
• İngilis dilinin ümumi səviyyəsinin artırılması.
Təhsil prosesində tələb olunan dil bacarıqlarının inkişafının praktik tapşırıqları və üsulları bunlardan ibarətdir: vəziyyətlərin təhlili üsulu və rol oyunları, dialoqlar, müzakirələr, təqdimatlar, dinləmə tapşırıqları, cüt/komanda işi, oxu, hekayə etmə, qrammatik izahlar, yazılı tapşırıqlar.
Kursun müddəti: Dərslər həftədə 3 dəfə keçirilir. Bu dərslərdən birinə danışıq klubu və ya film saatı daxildir. Kursun ümumi müddəti 12 həftədir
Bir dərsin müddəti: qrupda 90 dəqiqə və fərdi dərslərdə 60 dəqiqə
Dərsin formaları: fərdi və qrup şəklində dərslər
Qrupda tələbələrin sayı: 3-5 nəfər
Kurslara qeydiyyatdan keçmək üçün mütləq prosedur diaqnostik testdir. İngilis dilinin cari səviyyəsi müəyyən edildikdən sonra tələbələr 10 iş günü ərzində qruplara ayırılır. Dərslər çevik cədvəl üzrə təşkil olunur.
Tədris proqramını uğurla başa çatdırandan sonra tələbələr bilik səviyyələrinə uyğun olaraq aşağıdakılara nail olacaqlar:
• Tədris proqramının mövzusuna uyğun olaraq ingilis dilində şifahi ünsiyyət aparmaq;
• Xarici dostlar və həmkarlar ilə ünsiyyət üçün ingilis dilinə yiyələnmək;
• Ingilis dilində olan nəşrləri oxumaq və anlamaq;
• Ictimai həyatda müxtəlif vəziyyətlər üçün ingilis dilinə yiyələnmək.