Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A (Talassemiya Mərkəzinin yanı)
F3 (Financial Accounting) ACCA kvalifikasiyasının “Fundamentals Knowledge” modulunun üç əsas imtahanından biridir. Tədris müddətində maliyyə hesabatlarının əsas prinsipləri və konsepsiyaları izah olunacaq, maliyyə hesabatlarının hazırlanması qaydaları öyrədiləcək. Bu kurs vasitəsilə mühasibatlıq üzrə dərin biliklərə sahib olacaq, şəxsi biznesiniz və şirkətlər üçün maliyyə hesabatları hazırlanmasını öyrənəcəksiniz. Kursda iştirak etməklə ilk cəhdinizdə imtahandan uğurla keçmək şansınızı artırmış olacaqsınız. Tədrisin sonunda ödənişsiz konsultasiya keçiriləcək. Təlimin sonunda iştirakçılar ACCA-in rəsmi imtahanlarından uğurla keçərək yüksək dərəcəli beynəlxalq sertifikat əldə edə bilərlər.
Təlimin dili: İngiliscə (Təlimçi tərəfindən izahlar azərbaycan dilində ediləcək).