Kateqoriyalar
Təhsil müəssisəsinin adı
Bakı
Nəsimi
Bülbül46A
AutoCAD kursları layihə və konstruktor sənədlərinin işlənmə proseslərini avtomatlaşdırma imkanlarını öyrənmək üçün nəzərdə tutulmuşdur.
AutoCAD proqramı müxtəlif detalların, mebellərin, inşaat proyektlərinin çertyojlarını və modellərini hazırlamaq üçün istifadə olunur. Bu, daxili interyer obyektləri – stollar, stullar, kreslolar və s., yaxud müxtəlif mexanizmlərin layihələri (təyyarənin sadə bolt və qaykalardan başlayaraq tam yığım cizgisi), həmçinin elektrik sxem maketlərin hazırlanması ola bilər.
AutoCad kursu peşəkarlıqlarını artırmaq istəyən mühəndislər, dizaynerlər və memarlar üçün və həmçinin gələcəkdə bu peşə üzrə karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub.
AutoCad kursu həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat olmaqla 2 aya tədris edilir