Teacher with letters
Child with letters

Ekspert müəllimlər və unikal öyrənmə mühiti

Peşəkar müəllimlərimiz tərəfindən keçirilən əyləncəli, praktiki, interaktiv və yüksək keyfiyyətli dərslər vasitəsilə övladınız həm tədris prosesindən həzz alacaq, həm də gələcəyin bacarıqlarına yiyələnəcək.

Beynəlxalq sertifikatlara və təcrübəyə malik olan müəllimlərimiz övladınızın uğurlu gələcəyi üçün var gücü ilə çalışır.

1000-dən çox valideyn bizə etibar edir

FACEBOOK

reyting 5/5

GOOGLE

reyting 5/5

BENZINGA

haqqımızda yazıb

Limitsiz öyrənmə imkanları

Saniyələr içində uyğun proqram, paket və müəllim seçərək daha parlaq gələcəyə addımlayın
Animasiyalarla Kimya

Animasiyalarla Kimya

12+ yaş
Günay Nəzərova
Günay N.
  3-5 il
Flag az
Python - baza kurs

Python - baza kurs

(1)
11-17 yaş
erhan duyku
erhan d.
  1-3 il
Flag enFlag tr
Scratch

Scratch

6-14 yaş
Шафа Садыгова
Шафа С.
  1-3 il
Flag azFlag ru

Valideynlər və öyrənənlər bizi sevir!

Bizim son məqalələrimiz

Dünyanın ən yaxşı təhsil sistemlərindən nə öyrənə bilərik?

Dünyanın ən yaxşı təhsil sistemlərindən nə öyrənə bilərik?

Dünyanın ən yaxşı təhsil sistemlərindən nə öyrənə bilərik?
Uşaqlara zorakılıq davranışlarından çəkinməyi öyrətmək.

Uşaqlara zorakılıq davranışlarından çəkinməyi öyrətmək.

Uşaqlara zorakılıq davranışlarından çəkinməyi öyrətmək
Uşaqların uğurlu gələcəyi üçün lazım olacaq bacarıqlar

Uşaqların uğurlu gələcəyi üçün lazım olacaq bacarıqlar

Uşaqların uğurlu gələcəyi üçün lazım olacaq bacarıqlar

Tez-tez verilən suallar

  • SCHOOLPLUS nədir və necə işləyir?
  • SCHOOLPLUS uşaqlar üçün dərslər təqdim edən onlayn məktəbdir. Biz valideynlərə qeydiyyatdan keçərək övladları üçün müxtəlif mövzular üzrə əla proqramlar tapmağa kömək edirik. SCHOOLPLUS kiçik qrupda keçirilən praktiki, interaktiv, onlayn dərsləri vasitəsilə əla öyrənmə təcrübəsi təqdim etməyə diqqət yetirir. Hər bir pedaqoqun şəxsi və peşəkar keçmişi yoxlanılır və komandamız tərəfindən keyfiyyətli təlimlər keçirilir.
  • Ünvanınız harada yerləşir?
  • Hal-hazırda dərslərimiz onlayn tədris olunduğu üçün fiziki ünvanımız yoxdur. Dərslərimiz isə ZOOM platforması üzərindən tədris olunur.
  • SCHOOLPLUS-dan kim istifadə edir?
  • SCHOOLPLUS onlayn proqramları 4-18 yaş arası öyrənənlər üçün uyğundur. Həmçinin, proqram siyahısında yaş aralığını göstərilir.
  • SCHOOLPLUS dərslərdə təhlükəsizliyi necə təmin edir?
  • Öyrənənlərin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Dərslərin təhlükəsiz olmasına əmin olmağımızın bir yolu, SCHOOLPLUS dərslərimizin bütün iştirakçılarının 18 yaşdan kiçik uşaqlar olmasına zəmanət verməkdir. Biz bütün öyrənənlərin dərs zamanı sosiallaşma mühitinin yaranması üçün audio/videonu aktivləşdirməyə təşviq etsək də, bunun hər zaman belə olmayacağını başa düşürük. Dərs zamanı kamerasını yandırmaq istəməyən uşaqlardan dərsin əvvəlində kameranı işə salmalarını xahiş edirik.

    Əgər siz dərs zamanı şagirdə nəzarət edən valideynsinizsə, mümkün qədər ekrandan kənarda qalmanızı xahiş edirik. Əgər övladınız dərs zamanı sizdən daha fəal iştirak və ya nəzarət tələb edirsə, dərsdən əvvəl bizə məlumat vermək üçün bizimlə əlaqə saxlayın.

  • SCHOOLPLUS-da keyfiyyətli təhsili təmin etmək üçün nə edirsiniz?

  • Biz bütün müəllimlərin peşəkar təcrübəsini və təhsilini və ya öyrənənlərlə bölüşmək istədikləri unikal biliyə malik olmalarını yoxlayırıq. Komandamız həmçinin müəllimlərin onlayn dərsləri uğurla keçirmək üçün texniki bacarıqlara malik olmasını təmin edir və biz müəllimlərimizin hər biri üçün hərtərəfli təlim və peşəkar inkişaf imkanlarını da yaradırıq.

    Hər bir proqramı vebsaytda yerləşdirilməzdən əvvəl komandamız tərəfindən nəzərdən keçirilir və təsdiqlənir və beləliklə bütün SCHOOLPLUS proqramlarının məzmun, müəllim standartları və başqa standartlarımıza cavab verməsini təmin edirik.

  • Proqramlarınızın qiyməti nə qədərdir? Hansı ödəniş üsullarını qəbul edirsiniz?

  • SCHOOLPLUS-a qoşulmaq pulsuzdur və hər bir proqram dərs formatına, müəllimin qərarına və ümumi SCHOOLPLUS qiymət siyasətinə əsasən fərqli qiymətləndirilir.

    Biz kredit/debet kartı və MilliÖn/eManat ilə ödənişi qəbul edirik.

  • Birdən çox uşaq üçün endirim edirsiniz?

  • SCHOOLPLUS interaktiv dərslər təklif edir və buna görə də dərslərimiz kiçik qruplarda keçirilir. Eyni ailədən bir neçə uşağın inkişafını bizə etibar edən ailələri dəyərləndiririk və buna görə də dərslərimizə qoşulan hər növbəti uşaq üçün 10% endirim təklif edirik.

  • Mənə hansı texnologiya və materiallar lazımdır?

  • Biz öyrənənlərimizi seçdikləri cihazdan istifadə edərək iştirak etməyə dəvət edirik. Onlayn dərslər üçün Zoom-dan istifadə edirik. Sizə işləyən veb-kamera və mikrofon və güclü internet bağlantısı lazımdır.

    Materiallar adətən təlimatçı tərəfindən təmin edilir, lakin tələb olunarsa, öyrənənlər istənilən kitab mağazasından material almalıdırlar.