Kateqoriyalar

MilliByte İTM
Help Desk
  • Kurs müddəti

    2 ay

  • Qrup hazırlığı

    Aylıq 120 AZN

Təhsil müəssisəsinin adı

MilliByte İTM
Zəng et

Əgər Sizin də kompüterlə bağlı aşağıdakı problemləriniz varsa:

⁃ Proqramlar gec açılır?
⁃ Kompüter ləng işləyir?
⁃ Performans Sizi qane etmir?
⁃ Kompüteriniz viruslarla doludur?
⁃ Əməliyyat sistemini yenidən yazmaq istəyirsiniz?
⁃ Driverlərlə bağlı probleminiz var?
⁃ Printerinizi kompüterə qoşa bilmirsiniz?
⁃ İstədiyiniz proqramları kompüterinizə yaza bilmirsiniz?
⁃ Kompüterinizi gücləndirmək istəyirsiniz?
⁃ Təhlükəsizliklə bağlı problemləriniz var?
⁃ Qonşunuz Wi-Fi şəbəkənizə Sizdən icazəsiz qoşulur?

O zaman bu problemləri özünüzün həll etməyinizin vaxtı gəlib çatıb. Axı nə qədər kompüteri ustaya aparmaq olar? Hər dəfə buna görə pul xərcləməkdən yorulmadınız? Yoxsa hər xırda məsələyə görə kiməsə ağız açmaq Sizə xoş gəlir?

Halbuki bütün bu problemlərin həllini özünüz də öyrənib heç kimdən asılı olmaya bilərsiniz. Bununla da həm vaxtınıza, həm də pulunuza qənaət etmiş olarsınız.

İndi düşünün ki, cəmi 1 aya kompüter texnikası haqqında indi bildiklərinizdən on qat daha artığını öyrənib öz problemlərinizi özünüz həll edəcəksiniz. Sadəcə öz problemlərinizimi? Xeyr, bundan sonra başqaları da Sizə müraciət edəcəklər.

MilliByte MMC-nin “Help Desk” kursu Sizə bu şansı verir. Artıq hər şeyi öz gözünüzlə görüb öz əllərinizlə etməyin vaxtıdır. Həm biz Sizə heçkimin öyrətmədiklərini də öyrədəcəyik. Yanlış eşitmədiniz, bəli. Biz Sizə kompüterinizlə düzgün rəftar etməyi, onu problemlərdən qorumağı və ömrünü uzatmağın yollarını da göstərəcəyik.

İndi sual vermək istəyirsiniz ki, bəs MilliByte İTM-nin təlim mərkəzinin üstünlükləri nələrdir? Bizim üstünlüklərimiz aşağıdakılardır:

⁃ Təlimlər peşəkar mütəxəssislər tərəfindən keçirilir;
⁃ Dərslər laboratoriyalarımızda və təmir mərkəzimizdə aparılır;
⁃ Biz hər şeyi praktiki olaraq göstərir və öyrədirik;
⁃ İT treninqlərin keçirilməsində 9 illik təcrübəmiz var;
⁃ Biz hər kəsə fərdi yanaşmağı bacarırıq;
⁃ Narazı qalacağınız təqdirdə ödənişi geri ödəməyə hazırıq;
⁃ Təlim sonunda şirkətin rəsmi dinləyici sertifikatı verilir.

Bizim üçün əsas məsələ Sizin bizdən məmnun qalmağınızdır. Bunun isə yüksək keyfiyyətli xidmət müqabilində olduğunu biz yaxşı bilirik. Biz Sizə məhz bu yüksək keyfiyyəti təqdim edəcəyik.

Vaxt itirmədən bizə müraciət edin və daha ətraflı məlumat almaq üçün aşağıdakı linkdən qeydiyyatdan keçin:

http://millibyte.az/Registration

Mob: (055) 218 91 40
Ünvan: Babək Plaza, 13-cü mərtəbə
(Xətai m/st-nın yanı)

  • Avtobuslar
  • Metro stansiyası
    Xətai
  • Əlaqə telefonu
    +994552189140 +994124880679 +994505155900