Kateqoriyalar

Orxan Abbaslı
Proqramçı ixtisası
  • Kurs müddəti

    2 il

  • Toplam dərs saatı

    384 saat

  • Fərdi hazırlıq

    Aylıq 300 AZN

Müəllimin adı

Orxan Abbaslı
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Orxan Abbaslı

Məqsəd - Proqramçı yetişdirmək.
Təhsil tələbi - Ali və ya orta təhsil.
Yaş tələbi - 12 yaşdan yuxarı (ən aşağısı 6-cı sinif).
Kursun müddəti - dinləyicinin baza biliklərindən, yaşından, götürmə qabiliyyətindən və çalışqanlığından asılıdır.

Kursun tərkibi :
C# dili;
Alqoritmləşdirmə;
Proqramlaşdırma Consol rejimdə (praktiki çalışmalar kitabını bitirənə qədər);
Microsoft Visual Studio mühitində visual proqramlaşdırma (Consol rejim bitdikdən sonra kiçik proqram layihələrinə başlayanda. Düymə, mətn sahələri və digər vizual elementi olan proqramların hazırlanması, .NET texnologiyası);
Proqramın otlatkası (səhvlərin aşkarlanıb düzəldilməsi);
Proqramın düzgün üslubla yazılması prinsipləri;
Verilənlər bazası (VB) nəzəriyyəsi;
SQL-dili (VB-lərlə işləyən proqramlarda istifadə olunan sorğu dili).
Oracle, Microsoft SQL, Microsoft Access verilənlər bazalarının idarəetmə sistemləri (VBİS-lər) ilə işləyən proqramların layihələndirilməsi və hazırlanması.
ADO.net texnologiyası (VB-lə işləyən proqramların hazırlanması texnologiyası);
Optimal verilənlər bazasının (VB-nin) yaradılma prinsipləri (normal forma və s.);
GDİ texnologiyası (2D qrafik obyekləri ,çəkən və onlarla işləyə proqramların hazırlanması, bütün proqramların vizual elementləri (düymə, alətlər paneli və s. ) bu texnologiya ilə hazırlanıb);
OpenGL texnologiyası (2D və 3D qrafik obyekləri ,çəkən və onlarla işləyə proqramların hazırlanması, AutoCAD, 3DMax proqramlarını və bir çox oyunları bu texnologiyanın köməyi ilə hazırlayıblar );
COM texnologiyası (Microsoft Word, Excel və sair com texnologiyasını dəstəkləyən proqramların idarə olunması üçün proqramların hazırlanması, yəni ki hazırlanmış proqram insanın əvəzinə məsələn Word-də, Excel-də işləyir);
Və sair texnologiyalar.
Kurs 16 il Proqramçı , 7 il pedaqoji təcrübəsi olan və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində nəzəri tədris üzrə aparıcı mütəxəssis işləyən müəllim tərəfindən keçirilir.
Müəllim Neft şirkətinin (SOCAR-ın) mühəndis, elmi işçi və fəhlələrinə müxtəlif kompyuter texnologiyalarından uzun müddətdir ki, dərs deyir
Müəllimin CV-sini bu kechiddən yükləyə bilərsiniz.
(https://www.dropbox.com/s/yqara1yylgfjyvx/Abbasli Orxan CV ve Elave (azerbaycanca) .doc?dl=0)
CV-nin açılması üçün açılan DropBox pəncərəsində ən aşağıdakı linkə tıklayın.
Müraciət etmək istəyənlər CV-lərini e-mail ünvanıma göndərsinlər.

Həftənin günləri
Saatlar
Bazar ertəsi
19:00 - 20:40
Çərşənbə axşamı
19:00 - 20:40
Çərşənbə
19:00 - 20:40
Cümə axşamı
19:00 - 20:40
Cümə
19:00 - 20:40
Şənbə
19:00 - 20:40
Dərs rejimi necədir?
Həftədə 2 dəfə, gündə 90 dəq. (45 dəq. dərs - 10 dəq. tənəfüs - 45 dəq. dərs)
Kurs kimlər üçün nəzərdə tutulub?
Kurs Proqramçı peşəsinə yiyələnib təcrübəli proqramçı olmaq istəyənlər üçün nəzərdə tutulub.
Kursun qiyməti niyə aylıq 300 manat təşkil edir?
Bu kurs sadəcə proqramlaşdırmanı öyrənmək üçün deyil. Təcrübəli proqramçı peşəsinə yiyələnmək üçündür. Müəllim 16 illik Proqramçı təcrübəsini dinləyici ilə paylaşacaq və ona bu zəhmətli yolda dəstək olacaq.
  • Avtobuslar
  • Metro stansiyası
  • Əlaqə telefonu
    +994 70 306 68 67