Endirim bitir:

HR Assistent Təlimi

Şirkət/Müəllim adı

Şəhər

Bakı, Səbail

5 % Endirim

260 AZN

247 AZN

+994 55 300 35 92

Şirkətin adı : Business Management School

Müəllimin adı : Yeganə Nəsibova və Şəhriyar Qurbanov

"Business Management School" MMC olaraq 0-dan başlayanlar üçün "HR Assistent " təliminin 12-ci sessiyasına start veririk!

Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

Təlim proqramı

1-ci hissə / İnsan Resurslarının İdarə Edilməsi

İnsan resurslarının idarəedilməsi anlayışı
İRİE nədir, məqsədi və hədəfləri
Müasir dövrdə İRİE-nin rolu və təkamülü
İRİE-nin modulları və onlar arasında qarşılıqlı əlaqə
İRİE-nin hüquqi əsasları (nizamanmə, əsasnamə, daxili davranış prosedurlarının hazırlanması)
İRİE üzrə mütəxəssisin səriştəlikləri

İşə qəbul və adaptasiya
İR planlamanın zərurəti
İşəqəbul sisteminin strukturu
Vakansiyanın idarəolunması ( elanın hazırlanması, namizəd axtarış kanalları, CV screening
Müsahibələrin keçirilməsi (hazırlıq, texnikaları, namizədin qiymətləndirilməsi, davranış qaydaları, mərhələləri )
İşçi adaptasiyasının düzgün tənzimlənməsi

Xİdməti fəaliyyətin idarə olunması və karyera inkişafı​​
XFİ anlayışı, ənənəvi və modern qiymətləndirmə metodları, və sistemin qurulmasında məqsəd
XFİ metdoları ( 360 dərəcə, MBO, BARS, qiymətləndirmə mərkəzi metodu)
XFİ nəticələrinin idarəolunması
Fərdi inkişaf planı
Strateji vəzifələr üzrə əvəzedicilərin yetişdirilməsi

Təlim və inkişaf
Təlim və inkişaf modulunun əhəmiyyəti
Təlim ehtiyaclarının müəyyən edilməsi
Təlim planının hazırlanması, həyata keçirilməsi və nəzarət
Effektivliyin ölçülməsi

İşçi bağlılığının yaradılması, mükafatlandırma və motivasiya​​​​
İşçi bağlılığının mahiyyəti və təkan verən amillər
İRİE mütəxəssislərinin işçi bağlılığında rolu
İşçi bağlılığını artıran fəaliyyətlər
Maddi və qeyri-maddi motivasiya
Motivasiya nəzəriyyələri

2-ci hissə / Əmək Qanunvericiliyi və sənədləşmə

I dərs

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi sistemi
İşə qəbul zamanı tələb olunan sənədlər
Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri
Əmək müqaviləsinin müddəti
Sınaq müddəti
Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi (Elektron hökumət portalında iş)
Əmək kitabçasının doldurulma qaydaları
İşçinin şəxsi işinin tərtibi
II dərs

Əmək şəraitinin şərtləri
Əvəzçilik üzrə əmək müqaviləsi
Başqa işə keçirmə
Başqa işçinin əmək funksiyasının icrası
İşçilərin attestasiyası
Əmək qanunvericiliyinin pozulması zamanı cərimələr
III dərs

İş vaxtının növləri və tənzimlənməsi qaydaları
İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları
İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları
Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları
İşçilərin ezamiyyə qaydaları
IV dərs

Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları

Təlimçi: Yeganə Nəsibova

Təhsili:

Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər və Avropaşünaslıq / Bakalavr (2002-2006)

Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər / Magistr (2006-2008)

The George Washington University – Layihələrin idarə olunması / Magistr sertifikatı (2018-2019)

SHRM – SCP – 2019

LINKEDIN: https://www.linkedin.com/in/yegana-nasibova-534b269a/

İş təcrübəsi:

Peşəkar fəaliyyətə 2007-ci ildə “Azad Azərbaycan” Tele-Radio yayım şirkətinin “Son xəbər” informasiya proqramında jurnalist kimi başlayıb. 2008-2010-cu illərdə “Azercell” MMC-də müştəri xidmətləri üzrə təmsilçi və “ATV International” (CBC) telekanalında redaktor kimi fəaliyyət göstərmişdir. İnsan Resurslarının idarəedilməsi sahəsində karyerasına 2011-ci ildə “Azərsun Holding” MMC-də başlamışdır. Holdinqin müxtəlif müəssisələrində fərqli İRİE funksiyalarını yerinə yetirmişdir. 2018-ci ilin dekabrından etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də İnsan resurslarının idarəedilməsi departamentinin aparıcı mütəxəssisidir, işəqəbul zamanı test proqramının yaradılmasında və idarə olunmasında bilavasitə iştirak edir, daxili təlimçi kimi fəaliyyət göstərir. 2019-cu ildə İR üzrə beynəlxalq platformalardan biri olan və 165 ölkədən 300.000-ə qədər nümayəndəni əhatə edən insan resursları üzvlərinin peşəkar assosiasiyası - İnsan Resurslarının İdarəedilməsi Cəmiyyətinin (SHRM) yüksək sertifikatlaşdırılmış mütəxəssis (SHRM-SCP) dərəcəsini almışdır.

İştirak etdiyi təlimlər:

- Azersun Akademiya / Əmək qanunvericiliyi və ştat-smeta intizamına riayət olunması

- ASCO Təlim Mərkəzi / Dəyişikliklərin idarə olunması

- “LEORON” Peşəkar inkişaf institutu & Gilan Holding / "Müştəriyə İstiqamətlənmiş İnsan Resursları" master klassı

- Business Management School & Kaynağım insan / Performans değerlendirme sistemi ve Yetkinlik bazlı mulakat teknikleri

- Business Management School / İnsan Resurslarının İdarəedilməsi
- Business Management School / İstedadların idarə olunması

- Business Management School / Əmək Məcəlləsi və Kadr Kargüzarlığı təlimi

Təlimçi: Şəhriyar Qurbanov

Təhsili:

Azərbaycan Dövlət İqtisad Universiteti – Menecment (2008-2012)
Azərbaycan Dövlət İqtisad Universiteti – MBA (İnsan resurslarının idarə edilməsi üzrə) (2015-2017)


İş təcrübəsi:

Əmək fəaliyyətinə “Soliton LTD” MMC-nin satış və logistika şöbəsində məsləhətçi vəzifəsilə başlamışdır. Daha sonra isə öz əmək fəaliyyətini müxtəlif sektorlarda, Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Təmiri Zavodunun kadrlar və kargüzarlıq bölməsinin kadrlar üzrə müfəttişi, Nurgün Holdingdə işə qəbul üzrə mütəxəssis, Veysəloğlu Şirkətlər Qrupunda İnsan resursları departamentində mütəxəssis olaraq davam etdirmişdir. Çalışdığı müddət ərzində kadr kargüzarlığı, işə qəbul və yerləşdirmə kimi funksiyaları həyata keçirmişdir. 2018-ci ildən etibarən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkətin həvəsləndirmə və mükafatlandırma sisteminin təkmilləşdirilməsi və tətbiqini təşkil edir.



Təlimçi: Şəhriyar Qurbanov

Təhsili:

Azərbaycan Dövlət İqtisad Universiteti – Menecment (2008-2012)
Azərbaycan Dövlət İqtisad Universiteti – MBA (İnsan resurslarının idarə edilməsi üzrə) (2015-2017)


İş təcrübəsi:

Əmək fəaliyyətinə “Soliton LTD” MMC-nin satış və logistika şöbəsində məsləhətçi vəzifəsilə başlamışdır. Daha sonra isə öz əmək fəaliyyətini müxtəlif sektorlarda, Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Təmiri Zavodunun kadrlar və kargüzarlıq bölməsinin kadrlar üzrə müfəttişi, Nurgün Holdingdə işə qəbul üzrə mütəxəssis, Veysəloğlu Şirkətlər Qrupunda İnsan resursları departamentində mütəxəssis olaraq davam etdirmişdir. Çalışdığı müddət ərzində kadr kargüzarlığı, işə qəbul və yerləşdirmə kimi funksiyaları həyata keçirmişdir. 2018-ci ildən etibarən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkətin həvəsləndirmə və mükafatlandırma sisteminin təkmilləşdirilməsi və tətbiqini təşkil edir.

Təlim ödənişi:. 24 saatlıq təlimin ödənişi 260 azn olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 və daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Online dərslər
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

*05 Noyabr 2019 tarixinə kimi ilkin 50 % ödəniş edib qeydiyyatını rəsmiləşdirənlərə 20 AZN endirim ediləcək.

Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.



Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.



Təlimdən məzun olduqdan sonra BMS-in təşkil etdiyi bütün təlimlərdə iştirak üçün endirim əldə edəcəksiniz.

Təlim cədvəli


08 dekabr ( Bazar günü ) 14:00 - 18:00
15 dekabr ( Bazar günü ) 10:00 - 14:00
22 Dekabr ( Bazar günü ) 10:00 - 14:00
05 Yanvar ( Bazar günü ) 10:00 - 14:00
12 Yanvar ( Bazar günü ) 10:00 - 14:00
19 Yanvar ( Bazar günü ) 10:00 - 14:00

Çox verilən suallar

Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

Kurs müddəti Kurs tipi Endirimsiz qiymət Endirimli qiymət
5 həftə Qrup Toplam 260 AZN Toplam 247 AZN
Həftənin günləri Dərs saatları
Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə
Cümə axşamı
Cümə
Şənbə
Bazar 10:00 - 14:00 10:00 - 14:00

Bakı şəhəri Səbail rayonu

28May metrosuna yaxın

https://www.bmschool.az/
https://www.facebook.com/B...
[email protected]
+994 55 300 35 92
+994 55 225 06 62

Ünvan

Nizami küç, 203 B, Af Business House, 2-ci mərtəbə