İnsan Resurslarının İdarə Edilməsi

Şirkət/Müəllim adı

Şəhər

Bakı, Səbail

Şirkətin adı : Business Management School

“Business Management School” MMC olaraq "İnsan
Resursları" sahəsindəki ən iri həcmli təlimimiz olan, 15 dəfə təşkil edərək uğurla keçirtdiyimiz "İnsan Resurslarının İdarə Edilməsi" təliminə 03 Noyabr 2019 ci il tarixindən etibarən 16 - cı dəfə start verəcəyik.

Bu təlimin ən önəmli xüsusiyyəti, İnsan resursları idarəçiliyi üzrə 4 peşəkarın təqdimatında keçirilməsi və İnsan Resurslarının idarə edilməsinə dair bütün funksiyaları əhatə edən 10 modul, 50 saatdan ibarət olmasıdır.

Təlim kimlər üçün nəzərdə tutulub?

İnsan resurslarının idarə edilməsi sahəsində işləyən rəhbər və mütəxəssislər, eyni zamanda bu sahədə praktiki vərdişlərə yiyələnmək istəyən digər şəxslər.

Təlimin məqsədi:
Təlimin missiyası şirkətlərdə optimal və effektiv insan resurslarının idarə edilməsi sisteminin qurulması və inkişaf etdirilməsi üçün təlim iştirakçılarına praktiki bilik və vərdişlərin aşılanması, bu sahədə qanunvericiliyin tələblərinin şərhi, həmçinin təcrübədə istifadə metodologiyalarının öyrədilməsidir.

Tədris dili: Azərbaycan dili
Modul 1– Şölə Əkbərova
Şirkətin təşkilatlanması, İnsan resurslarının idarə edilməsi (İRİE) sisteminin qurulması (8 saat)
1.1. İnsan resurslarının idarə edilməsinin tarixi, fəlsəfəsi və hədəfləri
1.2. CİPD İnsan Resurslarının İdarəedilməsi Xəritəsi (CIPD Profession Map).
· İnsan resurslarının sahələri
· İnsan resurslarının idarəedilməsi mütəxəssislərinin peşəkar keyfiyyətləri
· Peşəkarlıq səviyyələri
1.3. İnsan resurslarının strateji idaereedilməsi
1.4. PESTLEE və SWOT analizləri. Biznes proseslərinin analizi
1.5. Təşkilatda (dövlət, özəl sektor və “üçüncü sector”da) İRİE sisteminin əhəmiyyəti və rolu
1.6. İRİE sahəsində ən son araşdırmalar. Şirkətlərin İRİE mütəxəssislərindən gözləntiləri
1.7. Ulrich modeli. HR sistemlərin qurulması. HR biznes-partnyorluq.
1.8. İRİE funksiyalarının hər birinin əhəmiyyəti və qarşılıqlı əlaqəsi (“Bundling”)
1.9. HPWS – yüksək performansı iş sistemlərinin qurulmasında HR-ın və xətti menecerlərin rolu.
1.10. HR mütəxəssislərin etik davranış kodeksi
1.11. HR mütəxəssislərinin işinin effektivliyi
1.12. Tənzimləmə alətlərinin -vəzifə və iş təlimatlarının, əsasnamələrin, şirkətdaxili qaydaların, tənzimləyici təlimat və prosedurların, hazırlanması
1.13. İnsan resurslarının idarə edilməsinin hüquqi tənzimlənməsi, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi
1.14. İşçi və işəgötürən münasibətləri / əmək və psixoloji müqavilə
1.15. Tərəfərin qanunvericilik, daxili normayaratma sənədləri və daxili dəyərlərlə tənzimlənən hüquq və vəzifələri
1.16. İş və istirahət vaxtının, müəssisədaxili intizam qaydaların hüquqi tənzimlənməsi

Modul 2 – Coşqun İmanquliyev
İnsan resurslarının planlaşdırılması (4 saat)
2.1. İnsan Resurslarının planlaşdırmasının əhəmiyyəti
2.2. İRP-nın Biznes Planındakı yeri
2.3. Sərt və yumşaq (Hard & Soft) planlaşdırma
2.4. Ssenari Planlaşdırılması və PEST yanaşma
2.5. Tələb təklif proqnozu
2.6. İşçi dövriyyəsi indeksi və İRP təsiri
2.7. Nisbət trend analizləri
2.8. Stabillik indeksi
2.9. Davamiyyət indeksi
2.10. Davamiyyətin idarə olunması
2.11. İxtisarların idarəolunması
2.12. İnsan Resurları Planlaşdırılmasından Strateji Planlaşdırılmaya keçid

Modul 3 – Şamo Mürşüdov
İşə Qəbul və seçim mərhələləri (10 saat)
3.1. Təşkilat bir sistem kimi
3.1.1. Şirkət daxili insan amilinin təhlili "uğurlu əməkdaşın profili"
3.1.2. Korporativ mədəniyyət peşəkarların cəlb edilməsi üçün bir amildir. Şirkət daxili korporativ
mədəniyyətin təhlili
3.1.3. Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir
3.1.4. Təşkilatda namizəd seçiminin strateji planlaşdırılması

3.2. İşə qəbul prosesi
3.2.1. Əsas anlayışlar; reseçinq, rekrutinq, birbaşa axtarış, xedxantinq (head hunting) - üstünlükləri və mənfi tərəfləri
3.2.2. İşçi axtarışı üçün seçim üsullarının düzgün seçimi
3.2.3. Voronka sistemi
3.2.4. İşə qəbulun proqnozlaşdırılması
3.2.5. Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili
3.2.6. Müsahibəyə qədər seçim
3.2.7. Keyfiyyətli müsahibənin keçirilməsi
3.2.8. Müsahibədən sonra namizədin qiymətləndirilməsi
3.2.9. Şirkətin imici üçün insan resursları üzrə mütəxəssisin görəcəyi addımlar
3.2.10. Rekrutinq prosesinin avtomatlaşdırılması texnologiyası

3.3. Axtarış, görüləcək ilkin addımlar
3.3.1. Yaranmış vakansiyaların təhlili
3.3.2. Vakansiya üzrə insan resurslarına sifariş verən birbaşa rəhbərin və şirkətin tələbləri
3.3.3. Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillərin
hazırlanması qaydaları (soft skills, hard skills)
3.3.4. Namizədin axtarışı üçün şirkət daxili və xarici tələblərin analizi
3.3.5. Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list)
3.3.6. İş elanlarının hazırlanması
3.3.7. Vakansiyanın yerləşdiriləcəyi və namizədlərin seçimi üçün kanalların düzgün seçimi
3.3.8. Eyni vaxtda yaranmış çoxlu sayda vakansiyalara namizəd axtarışı üçün nə etməli və hansı
səhvlərə yol verilməməli
3.3.9. Şirkətini iş bazarında bir brend olaraq necə formalaşdırmalı və bunu uzun müddətli necə
qoruyub saxlamalı
3.3.10. Aşağı əmək haqqı və ya əmək haqqı təklif olunmayan (faizlə) vakansiyalar üçün namizəd
axtarışını harada aparmaq və namizədləri necə cəlb etmək
3.3.11. Aşağı əmək haqqı ilə daha yüksək tələblərlə namizəd axtarışı zamanı nə etməli və
namizədləri haradan necə tapmalı mexanizimləri

3.4. Müsahibəyə hazırlıq
3.4.1. Daxil olan anket bazasında profilə uyğun namizədlərin ilkin seçimi
3.4.2. Anketlər arasında namizədlərin düzgün seçimi üçün əsas qayda
3.4.3. Çoxlu sayda daxil olan anketlərin operativ və keyfiyyətlə seçimi üçün mexanizim
3.4.4. Aktual vakansiya üçün uyğun gəlməyən namizədlərin anketləri ilə nə etməli?
3.4.5. Namizəd bazasının düzgün yaradılması və gələcəkdə necə istifadə edilməli
3.4.6. Müsahibəyə hazırlıq və müsahibədə iştirak edəcək digər məsul şəxslərin hazırlığının təşkili
3.4.7. Müsahibənin həyata keçirilməsi zamanı təşkilatı işlər (buraxılan səhvlər)

3.5. Müsahibə növləri
3.5.1. Yerli bazarda istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi tərəfləri)
3.5.2. Beynəlxalq təcrübədə istifadə edilən qeyri standart seçim metodları (müsbət və mənfi tərəfləri)
3.5.3. Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri)
3.5.4. Namizədin bilik səviyyəsinin yoxlanılması üçün digər mexanizimlərin tətbiqi
3.5.5. Müsahibənin strukturu
3.5.6. Böyük həcimli layihələrə işçilərin işə qəbulu ( il ərzində 1500-2000 yeni əməkdaş) üçün müasir sistemlərin tətbiqi və idarə edilməsi
3.5.7. Müsahibə zamanı və sonra namizədi motivasiya etmə texnologiyaları
3.5.8. Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları

3.6. Namizədlərin düzgün seçimi
3.6.1. Yalanların təyin edilməsi üçün beynəlxalq təcrübədə istifadə edilən keyfiyyətli metodlar
3.6.2. Şirkətin və müsahibə aparan şəxslərin peşəkarlığını göstərəcək addımların atılması
3.6.3. Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu
3.6.4. Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili)
3.6.5. Müsahibənin düzgün idarəedilməsi
3.6.6. Müsahibə zamanı edilən səhvlər və təhlili
3.6.8. Profildən asılı olaraq tələb olunan kompetensiyaların təyin edilməsi üçün mexanizimlər
3.6.9. Tövsiyə-xassiyətnamə

3.7.Müsahibədən sonra
3.7.1. Müsahibənin nəticəsi ilə bağlı qəbul olunan qərarların düzgün təhlili (buraxılan səhvlər)
3.7.2. Qiymətləndirmə blankları
3.7.3. Müsahibə nəticələrinin elektron sistemlə idarə edilməsi
3.7.4. Müsahibə nəticəsində uyğun gəlməyən namizədlər gələcəkdə necə faydalı ola bilər

Modul 4 – Şamo Mürşüdov
Adaptasiya sistemi (2 saat)
4.1. Sistemin məqsədi
4.2. Əhatə dairəsi
4.3. Adaptasiya sisteminin formaları
4.4. Adaptasiya sisteminin mərhələləri
4.5. Əməkdaşların kateqoriyaları və onların adaptasiya mərhələsi
4.6. Əməkdaşların gözləntiləri
4.7. Adaptasiya sisteminin qiymətləndirilməsi

Modul 5 - Coşqun İmanquliyev
Xidməti Fəliyyətin İdarəolunması (6 saat)
5.1. XFİ nədir və XFİ sisteminin qurulmasının məqsədləri nədən ibarətdir?
5.2. XFİ tətbiq olunduğu sahələr, digər funksionallıqlarla əlaqəsi
5.3. XFİ sisteminin işləyişi
5.4. XF qiymətləndirilməsi metodları
5.5. SMART Hədəflər
5.6. Kompetensiyaların idarəolunması
5.7. XFİ sisteində çətinliklərin idarə olunması
5.8. Məcburi Paylaşma Metodu
5.9. Geribildirim sistemi
5.10. XF qiymətləndirilməsi nəticələrinin statistik analizi
5.11. XFİ avtomatlaşdırılması

Modul 6 - Coşqun İmanquliyev
İnsan Resurslarının Dəyişikliklərin İdarə edilməsindəki rolu (2 saat)
6.1 Nə üçün dəyişməliyik, uğurlu dəyişimin əsas prinsipləri nələrdir?
6.2 Təşkilati mədəniyyətin formalaşdırılması
6.3 Şirkət daxili ünsiyyət (əhəmiyyəti, kanallar və mexanizmlər)
Modul 7 - Coşqun İmanquliyev
Karyeranın idarəolunması (4 saat)
7.1. Karyeranın idarə olunmasının əhəmiyyəti
7.2. Karyeranın idarəolunmasının digər İR funksionallıqları ilə əlaqəsi
7.3. Fərdi İnkişaf planlarının hazırlanması
7.4. İstedadların idarəolunması
7.5. Performans &Potensial metodu
7.6. Davamçıların yetişdirilməsi planının idarəolunması
7.7. Strateji vəzifələrin müəyyənləşdirilməsi
7.8. Karyeranın idarəolunmasının avtomatlaşdırılması

Modul 8 – Coşqun İmanquliyev
Təlim və inkişaf (4 saat)
8.1. “Təlim” və “inkişaf” anlayışları
8.2. Təlim və inkişafın işçilərin və şirkətin inkişafında rolu;
8.3. Təlim ehtiyaclarının analiz edilməsi;
8.4. Analiz növləri: Təşkilati analiz, əməliyyat analizi, fərdi analiz;
8.5. Analiz metodları;
8.6. Təlim metodları;
8.7. Təlim metodlarının, şirkətlərinin və təlimçilərin seçilməsi;
8.8. Təlim planlarının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
8.9. Təlim effektivliyinin ölçülməsi;
8.10. Kirk Patrick və ROİ analizləri;
8.11. Təlim və inkişafın İnsan Resurslarının digər funksiyaları ilə əlaqəsi;
8.12. Praktiki tapşırıqlar və qrup işləri;

Modul 9 - İlkin Zeynallı

Məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması (8 saat)
9.1.Bazarda şirkətin fəaliyyətinə uygun olan vəzifələr üzrə əmək haqqı həddlərinin (min, max və median) müəyyənləşdirilməsi (sorğu hesabatları, elan edilmiş göstəricilər və s. vasitəsi ilə);
9.2.Daxildə obyektiv, xaricdə isə rəqabətə tab gətirən məvacib siyasətinin (siyasətdə qiymətləndirmə dərəcəsi və maaş artımı arasında qarşılıqlı əlaqə, maaş artımını müəyyən edən digər amillər (məsələn, vəzifələr üzrə), maaşlara baxılmanın tezliyi, vəzifə üzrə yüksəlmənin şərt və müddəaları müəyyən edilməklə) formalaşdırılması metodologiyasının hazırlanması;
9.3.Təsdiq olunmuş məvacib strukturuna işçilərin yerləşdirilməsi üçün qiymətləndirilmə meyarlarının müəyyənləşdirilməsi (Staff Assessment);
9.4.Qiymətləndirmə nəticələrinə əsasən bütün heyətin məvacib strukturuna yerləşdirilməsi
9.5.Ranking” metodu
9.6.“HAY” metodu;
9.7.Praktik məşğələlər.

Modul 10 - İlkin Zeynallı
Mükafat və motivasiya tədbirləri sisteminin qurulması (2 saat)
10.1. MARS modeli (Motivation, Ability, Role Perception, Situational Factors);
10.2. X və Y nəzəriyyələri;
10.3. Daxili və kəna rmotivatorlar;
10.4. Motivasiyanın növləri;
10.5. Maslownun ehtiyacların iyerarxiyası nəzəriyəsi;
10.6. Herzbergin 2 faktor – 2 nəticə nəzəriyyəsi;
10.7. Gözləntilər nəzəriyyəsi;
10.8. Müqayisəlilik/ Nisbilik nəzəriyyəsi;
10.9. Praktik məşğələlər.

Şölə Əkbərova
Professional iş həyatına 2006-cı ildə “OSCE office in Baku”da hüquqşunas kimi başlayan Şölə Əkbərova 2007-ci ilin May ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, İnsan Resursları Departamentinin baş məsləhətçisi vəzifəsinə keçid edib. 2009-cu ilə kimi tutduğu bu vəzifəni uğurla icra edən Şölə xanım, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, İnsan Resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Dövlət qulluğunda işlədiyi dövrdə fəaliyyət göstəricilərinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif edilmişdir.
Şölə Əkbərova 2014-cü ilin İyul ayından 2017-ci ilədək “Modern Group” Holdinqin (Tərkibində 18 şirkət mövcuddur) İnsan Resurslarının idarə edilməsi Departamentinin Direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İnsan Resursları Departamentinin Direktoru vəzifəsində çalışmaqdadır. O, eyni zamanda 2014-cü ilin Fevral ayından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İnsan Resurslarının İdarə edilməsi üzrə magistratura proqramında mühazirəçidir. Almaniya İdarəçilik Akademiyası tərəfindən İSO standartlarına uyğun olaraq təlimçi olmaq üçün lisenziyası əldə etmişdir.
Şölə Əkbərova həmçinin bir çox beynəlxalq təlimlərdə iştirak etmişdir. Onlardan bəziləri:
Training of trainers - Federal German Civil Service Academy
Change Management - Bank Training Center - John Dorland (USA)
Knowledge management – Capital Market Modernization Project
Civil Service Recruitment and Selection Seminar for Azerbaijani Officials - Estonian Center of Eastern Partnership (Tallinn)
Public-Private Partnership module - Eastern Partnership Academy Poland - Warsaw
Təhsili:
2000 – 2004: BakıDövlətUniversiteti – Hüquq
2004 – 2006: BakıDövlətUniversiteti – Hüquq (Magistratura)
2011 - 2014: PrezidentYanındaİdarəçilikAkademiyası – Dövlətvəbələdiyyəİdarəetməsi
Coşqun İmanquliyev(CHRM)
Coşqun İmanquluyev 2007-ci ildə Qafqaz Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir.
Əmək fəaliyyətinə 2003-cü ildən etibarən Universitetin Daimi İnkişaf Mərkəzində başlamışdır. 10 ildən artıqdır ki, aşağıdaki şirkətlərdə İnsan Resurslarının idarə olunması üzrə çalışmışmaqdadır:
Təlim və İnkişaf üzrə Koordinator / Qafqaz Universiteti. 2003 – 2007
İnsan Resursları şöbəsinin rəhbəti / DİA Holding / 2007 – 2011
İnsan Resursları Meneceri / Milla / 2011 – 2012
Təşkilatı İnkişaf və İnsan Resursları üzrə komanda rəhbəri / NORM LLC / 2013 – 2016
İnsan Resurslarının İdarə Edilməsi üzrə Menecer / Gilan Holding, FMCG qrupu / 2016 – 2017

Coşqun bəy 2017-ci ilin dekabr ayından etibarən Paşa Həyat Sığorta şirkətinin "İnsan Resurslarının İdarə Edilməsi" departamentinin direktoru vəzifəsində çalışmaqdadır.
Bir neçə özəl şirkətdə dəyişikliyin idarəolunması, İnsan Resurslarının İdarə olunması sahəsində konsultasiya xidmətləri aparmış, İdarəetmə auditləri həyata keçirmişdir. O, öz təcrübəsini keçirdiyi təlimlərdə, təqdimatlarda, form və sammitlərdə paylaşmışdır.
Coşqun İmanquluyevun ICALS və CHRM beynəlxalq qualifikasiyaları var, Beynəlxalq İdarəetmə və Maliyyə akademiyasının (IABFM) üzvüdür.

Şamo Mürşüdov
Professional iş həyatına 2001-ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində
başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində
çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı
bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Dəfələrlə ölkəmizdə fəaliyyət göstərən bir neçə
şirkətlərin, insan resurslarının siyasətinin yenilənməsi və inkişafı üzrə prosedurların yenilənməsi
və avtomatlaşdırılması üçün konsultant qismində iştirak etmişdir. Bir neçə universitetlərdə
tələbələrə karyera planlaşdırılması, profoorentasiya və inkişafı mövzusunda mühazirəçi
qismində çıxış etməkdədir.
Hal-hazırda iş fəaliyyətini ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-də HR
koordinator olaraq davam etdirir. Eyni zamanda işə qəbul sisteminin qurulması, işçi
məmnunluğu, stimulaşdırma, saxlanılması, motivasiya sistemlərinin yaradılması-tətbiqi,
tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir.
2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb
idarə edilməsində iştirak edərək, voronka sisteminin tətbiqində HR koordinator olaraq fəaliyyət
göstərmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə)
Təhsili:
· Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının
idarə edilməsi
· Capella University (ABŞ) – HR menecment
· American Society for Training and Development (USA) – (CPLP TM – Certified
Professional in Learning and Performance)
· İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə)
· Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP-
İngiltərə)

İlkin Zeynallı
İlkin Zeynallı 2005-ci ildə iqtisadiyyat və idarəetmə sahəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr dərəcəsini (fərqlənmə diplomu ilə), 2007-ci ildə Georgia State University (USA, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə magistr dərəcəsini (MBA, fərqlənmə diplomu ilə), 2008-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunda doktorantura təsilini, 2011-ci ildə isə idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA, distinctive pass) almışdır.
İlkin Zeynallının peşəkar karyerası təlim, inkişaf, təhsil, menecment, inzibati idarəetmə, insan resurslarının idarə edilməsi sahələrini əhatə edir. O, menecment, liderlik, insan resurslarının idarə edilməsi, əmək fəaliyyətinin idarə edilməsi, strateji planlaşdırma, layihələrin idarə edilməsi sahələri üzrə Azərbaycanda aparıcı təlim ekspertlərindən biridir. İlkin Zeynallı 4 ilə yaxın bir müddətdə neft-qaz sektorunda müxtəlif layihələrdə insan resurslarının idarə edilməsi sahəsində, 12 ilə yaxın bir müddətdə isə bank sektorunda inzibati idarəetmə və insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 2013-cü ildən 2018-ci ilin yanvar ayına kimi “DəmirBank” ASC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsin tutan İlkin bəy 2018-ci ilin fevral ayından etibarən Bank Respublikanın İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışmaqdadır.
İlkin Zeynallı The Manager's Development Program (Leadership & Management Academy, UK), Introduction to Management Workshop (The Chartered Management Institute’s Short Course Program in association with ProSeminar, UK), Leadership and Communication (Meirc Training and Consulting Company, Dubai), Boulder Management Training Program – Financial Management Concentration (3-week full course, Turin – Italy), Environmental and Social Aspects of Business, European Bank for Reconstruction & Development (Baku – Azerbaijan), Security Risk Management Training (World Vision Corporate Security, Bad Kissingen, Germany), HAY Certification Training (HayGroup, Phuket, Thailand) peşəkar təlimlərini almışdır.

- Təlimin ödəniş haqqını hissələrdən ibarət olmaqla (təlim başlamadan öncə 50%, qalan məbləği isə təlim başa çatana kimi iki hissədən ibarət olmaqla) etmək mümkündür.

- Təlim ödənişi üçün 3 kateqoriyada endirim nəzərdə tutulmuşdur:

“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 %, müvəffəqiyyət sertifikatı ilə məzun olanlara isə 15 % endirim tətbiq ediləcəkdir.
Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
** 07 oktyabr 2019-ci il tarixinə kimi qeydiyyatını rəsmiləşdirənlərə 60 AZN endirim tətbiq ediləcəkdir.
*** 15 oktyabr 2019-ci il tarixinə kimi qeydiyyatını rəsmiləşdirənlərə 40 AZN endirim tətbiq ediləcəkdir.

Ödənişə daxildir:
- Təlim materialları
- İştirak barədə sertifikat
- Çay – kofe fasiləsi

TƏLİM 03 NOYABR 2019 TARİXİNDƏ START GÖTÜRƏCƏK!

Çox verilən suallar

İnsan resurslarının idarəçiliyi üzrə Azərbaycanın müxtəlif sahələrdəki aparıcı şirkətlərində çalışan və uzun illər bu sahədə təcrübəsi olan 4 peşəkarın təqdimatında tədris edilir.

Hər bir peşəkar daha çox ixtisaslaşdıqları modullar üzrə tədris aparırlar.

Təlim "İnsan Resurslarının İdarə Edilməsi" sahəsinin bütün funksiyalarını əhatə edən 10 moduldan ibarətdir.

50 saat həcmində olan proqramın intensiv qurulması sayəsində siz təlimi sadəcə 7 həftədə bitirirsiniz.

Təlimçilərimiz mövzuları ancaq nəzəri olaraq öyrətmirlər. Hər bir mövzunu praktiki qrup çalışmaları ilə işinizdə necə tətbiq edəcəyinizi də öyrənəcəksiniz.

Mövzular keçildikcə tətbiq edilən imtahanlarla öyrəndikləriniz daha da möhkəmlənəcək. İmtahanlardan yüksək nəticələr əldə etdiyinizdə "Müvəffəqiyyət Sertifikatı" qazanacaqsınız.

Təlim proqramını tam bitirdikdən sonra çalışdığınız müəssisədə İnsan resurslarının idarə edilməsi sistemini quracaq, strateji planlama edə biləcək, işə qəbul və seçim prosesslərində beynəlxalq metodları tətbiq edəcək, adaptasiya proqramını təkmilləşdirəcək, əməkdaşlarınızın xidməti fəaliyyətlərinin qiymətləndirilməsini idarə edəcək, bunun nəticəsində onlar üçün effektli karyera planlaması, təlim və inkişaf planları quracaq, ədalətli və obyektiv, eyni zamanda əmək bazarında rəqabətcil məvacib və motivasiya sistemi qura biləcəksiniz.

Təlim iştirakçılarımız üçüm sosyal şəbəkələrdə qurduğumuz qruplarda hər zaman bu sahədə yaranan suallarınızı müzakirə edib cavab tapma, öyrənməyə davam etmə imkanınız olacaq. Bu təlim həm də sizə səmimi bir dostluq mühütü qazandıracaq.

"Business Management School" tərəfindən təlim proqramının maksimum effektli olması üçün hər şəraitin yaradılacağının və xüsusi səy göstəriləcəyinin şahidi olacaqsınız.

İnsan Resursları sahəsində indiyə kimi keçirtdiyimiz təlimlərdən məzun olan 400-dən çox bu sahənin mütəxəssisləri ilə dostluqlar quraraq əlaqələrinizi genişləndirmə imkanı əldə edəcəksiniz.

Kurs müddəti Kurs tipi Endirimsiz qiymət
8 həftə Qrup Toplam 520 AZN
Həftənin günləri Dərs saatları
Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə 19:00 - 21:00
Cümə axşamı
Cümə 19:00 - 21:00
Şənbə
Bazar 14:00 - 18:00

Bakı şəhəri Səbail rayonu

28May metrosuna yaxın

https://www.bmschool.az/
https://www.facebook.com/B...
[email protected]
+994 55 712 44 55
+994 55 225 06 62

Ünvan

Nizami küç, 203 B, Af Business House, 2-ci mərtəbə