Kateqoriyalar

Beynəlxalq Təlim və Layihə Mərkəzi
TOEFL
  • Kurs müddəti

    3 ay

  • Qrup hazırlığı

    Aylıq 150 AZN

Təhsil müəssisəsinin adı

Beynəlxalq Təlim və Layihə Mərkəzi
Zəng et Whatsapp-dan yaz

TOEFL (Test of English as a Foreign Language). TOEFL testi ABŞ, yaxud Kanada ali təhsil ocaqlarında oxumağa hazırlaşan, MBA proqramlarına daxil olmaq istəyən şəxslər, və işəgötürənləri TOEFL üzrə biliyi məcburi işəgötürmə şərti kimi irəli sürən şəxslər üçün nəzərdə tutulmuşdur.

TOEFL test sistemi verilən cavablar arasında düzgün cavabın seçilməsini tələb edən müxtəlif növ suallardan ibarətdir.

TOEFL iBT (internet-based version of the TOEFL) — TOEFL beynəlxalq imtahanının yeni internet – versiyasıdır.

Testin yeni formatı dil bilgisinin dörd növü üçün nəzərdə tutulmuşdur: şifahi danışıq, oxunan mətnin başa düşülməsi, dinləməklə şifahi nitqin başa düşülməsi və yazı: Reading, Listening, Writing & Speaking

Testin ümumi davam etmə müddəti təxminən dörd saatdır. TOEFL iBT-də testin əvvəlki versiyasından tapşırıqlar, eləcə də ümumiləşdirmə prinsipi üzrə tərtib edilmiş və bir neçə dil vərdişlərinə toxunan yeni tapşırıqlar verilir.

Speaking (şifahi nitq) yeni bölməsində qulaqcıq və mikrofon vasitəsilə yerinə yetirilməsi lazım olan 6 tapşırıq verilir. Writing bölməsi genişləndirilmiş və essenin oxunmuş mətn və ona verilən şərh əsasında yazıldığı ümumiləşdirilmiş tapşırıqlardan ibarətdir. Test zamanı qeydlərin edilməsinə icazə verilir.

TOEFL beynəlxalq sertifikatı 2 il müddətində etibarlıdır.

Sertifikatın özündən başqa, imtahanın nəticələrini də internetdə əldə etmək mümkündür və həmçinin sizin poçt ünvanınıza göndərilə bilər.

TOEFL imtahanına qeydiyyat www.toefl.org rəsmi saytında aparılır.

  • Avtobuslar
  • Metro stansiyası
  • Əlaqə telefonu
    +994708417873